“Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Oradea Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları Tatar Corina Florina və Tatar Marius İoan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Səfər müddətində universitetlərarası əlaqələrin gücləndirilməsi, mübadilə proqramlarının say göstəricilərinin artırılması, mümkün imkanların optimallaşdırılması kimi məsələlər ətraflı müzakirə olunub. Qonaqların beynəlxalq əlaqələrin icra mexanizmi və əcnəbi tələbələrin fəaliyyətini əks etdirən təqdimat-çıxışları maraqla qarşılanıb.
Oradea Universitetinin nümayəndələri ilə görüşdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Axundova iştirak ediblər. Səfərin sonunda tərəfdaş universitetin əməkdaşlarına sertifikat təqdim olunub.
Tehsil-press.az