AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Əvvəlcə Ulu Öndərin müasir biologiya elminin inkişafında göstərdiyi xidmətlərə, bu sahədə qazanılan nailiyyətlərə həsr edilmiş sərgi ilə tanışlıq olub.
Hibrid formatda keçirilən konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Beynəlxalq konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-da təşkil olunan tədbirlərin ölkəmizdə vətənpərvərlik, azərbaycançılıq ideyalarının, müstəqil dövlətçilik düşüncəsinin daha da dərinləşməsinə xidmət edən bir proqrama çevrildiyini deyib.
Akademik qeyd edib ki, AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli” ilə bağlı qəbul etdiyi tədbirlər planında nəzərdə tutulan bütün işlər tamamlanıb. Akademiyanın institut və təşkilatlarında il ərzində Ulu Öndərlə bağlı 40-dan çox kitabın hazırlandığını bildirən akademik İsa Həbibbəyli deyib: “Ulu Öndər haqqında yazılan tədqiqat işləri, dinlənilən elmi məruzələr, çap olunan əsərlər dahi şəxsiyyət Heydər Əliyevin işığında Azərbaycan gerçəkliyini qiymətləndirməyə imkan verir”.
İ.Həbibbəyli bugünkü tədbirdə səsləndirilən fikirlərin, dinlənilən məruzələrin də “Heydər Əliyev İli”nə önəmli töhfə olmaqla yanaşı, müasir dövrün çağırışlarını əhatə edəcəyinə inamını ifadə edib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxışında Azərbaycan biologiya və tibb elminin inkişafında, bu sahələrdə əldə edilmiş mühüm nailiyyətlərdə Ulu Öndərin böyük xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, yeni-yeni elmi müəssisələrin və laboratoriyaların yaradılması və onların maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı elmi kadrların hazırlanması, ümumən elmə verilən dəyər, göstərilən dövlət dəstəyi dahi liderin siyasətinin ayrılmaz tərkib hissəsi olub. AMEA-nın vitse-prezidenti bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla və uzaqgörənliklə davam etdirildiyini bildirib.
Akademik İradə Hüseynova Ümummilli Liderin elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev tərəfindən atılmış addımları, görülmüş işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, akademik Cəlal Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda biokimya, molekulyar biologiya, molekulyar genetika, biofizika, gen və hüceyrə biotexnologiyaları, riyazi biologiya, bioinformatika, kompüter biologiyası və digər elmi istiqamətlərin təşəkkülü və inkişafı, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin biologiya üzrə tədqiqatlara cəlb olunması, kadrların hazırlanmasında keçmiş ittifaqın və uzaq xaricin tanınmış elm və təhsil mərkəzlərindən istifadə edilməsi elmə böyük töhfə verib.
Akademik son illər dünyada süni intellekt, robototexnika, canlı orqan çapı, nano- və biotexnologiyalar, gen redaktəsi və digər sahələrdə əldə olunmuş yüksək nailiyyətlərdən bəhs edərək, hazırda sürətlə inkişaf edən elmin qarşısında texniki deyil, hüquqi, normativ və etik məhdudiyyətlərin dayandığını, bu baxımdan bioetik problemlərin də konfransın aktual mövzuları sırasında yer aldığını diqqətə çatdırıb. O, müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirmək məqsədi daşıyan bugünkü konfransın biologiya elmində əldə edilmiş bir çox nailiyyətlərə və perspektivlərə işıq salacağına əminliyini bildirib.
Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun qrup rəhbəri professor Qərib Mürşüdov tədbirə onlayn qoşularaq bu kimi konfransların gənc tədqiqatçıların elmə marağının artırılması, onların fəaliyyətinin stimullaşdırılması baxımından əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycan gənclərinin dünya elminə töhfələr vermək potensialına malik olduğunu deyən Q.Mürşüdov AMEA-nın bir sıra elmi müəssisələrində fəaliyyət göstərən gənclərin hazırda dünyanın nüfuzlu elm və təhsil mərkəzlərində doktorantura təhsili aldığını vurğulayıb.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Elşad Qurbanov, professorlar Camal Musayev, Tahir Tahirov, Afət Məmmədova, Ahmet Kızılay, Ali Naz, Valter Bodmer və digər çıxış edənlər elm və təhsilin inteqrasiyası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər haqqında məlumat verib, xaricdə fəaliyyət göstərən alimlərimizin ölkə elminin inkişafına verdiyi dəstəkdən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin 100 illik yubileyinin təntənə ilə qeyd edildiyi tədbirlər sırasında yer alan bugünkü beynəlxalq konfrans müasir biologiya elminin inkişaf tendensiyalarının müəyyənləşdirilməsində, bu sahədə əldə olunan nailiyyətlərin elm ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rola malik olacaq.
Daha sonra professor Qərib Mürşüdovun moderatorluğu ilə keçirilən plenar iclaslarda məruzələr dinlənilib.
İki gün davam edəcək və ümumilikdə 30 ölkədən 185 elmi məruzənin təqdim olunduğu konfrans işini bölmə iclasları ilə davam etdirib.
Tehsil-press.az