Türkiyənin Hacəttəpə Universitetinin rektoru professor Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Türkiyənin nümayəndə heyəti öncə rektor Ədalət Muradovla birlikdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial Abidə Kompleksini ziyarət edib.
Sonra müvafiq struktur rəhbərlərinin iştirakı ilə tərəflər arasında görüş keçirilib. Görüşdə “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr aparılıb. Eyni zamanda, UNEC-in sədrliyi ilə Bakıda yanvar ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Rektor Mehmet Cahit Güran Hacəttəpə Universitetinin Türk Universitetlər Birliyinə üzv olmasının nəzərdə tutulduğunu bildirib.
Müzakirələrin sonunda UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tehsil-press.az