Azərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu" adlı Respublika elmi-praktik konfransı keçirilib.
Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü, Şəhidlər abidəsi və Şəhidlər lövhəsi ziyarət edilib.
Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik işğaldan azad etməsindən və bu zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi ilə bərabər yüksək texnologiyaların rolundan danışıb, işğaldan azad olunmuş ərazilərdə ağıllı kənd, ağıllı şəhər konsepsiyası əsasında aparılan quruculuq işlərində əks olunan müasir texnoloji trendləri vurğulayaraq konfransın mövzusunun aktuallığına diqqət çəkib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əsgərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Regional innovasiya proqramları meneceri Elxan Şükürov, "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müşaviri Anar Abdullayev, Azərbaycan Beynəlxalq Bankının Korporativ və KOS seqment sahəsinin texniki rəhbəri Elnur Sadıqov, "Azersun Holding"in Süd İstehsalı Fabrikinin direktoru Fuad Məmmədov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Qeyd edək ki, konfransın məruzələr toplusuna 400-ə yaxın tezis qəbul edilib.
2 günlük Respublika elmi-praktik konfransı Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar olmaqla 11 bölmədə hibrid qaydada öz işini davam etdirir.
Tehsil-press.az