Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət İdsarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada yazıçı-publisist Eyruz Məmmədovun “Sən kimsən, Armando?” romanının müzakirəsi keçirilib. Tədbirdə şairin qələm dostları, şəhərimizin ziyalıları və oxucular iştirak edib. Tədbiri giriş sözü ilə şair Əşrəf Veysəlli açaraq Eyruz Məmmədovun həyat və yaradıcılığı haqqında qısa olaraq iştirakçıları məlumatlandırıb, “Sən kimsən, Armando?” romanı ilə bağlı şəxsi mülahizələrini oxucularla bölüşüb. Sonra Eyruz Məmmədov iştirakçılara romanın yaranması haqqında qısa məlumat verdi və eyni zamanda iştirakçıların həm əsərlə bağlı, həm də yaradıcılığının müxtəlif məqamları ilə bağlı suallarını cavablandırıb. Tədbirdə iştirak edən Rafiq Oday, Rəhman Orxan, Asif Asiman, Arif Ərşad, Hümbət Quliyev və digər ziyalılar müəllifin yeni əsəri ilə bağlı fikirlərini söyləyib, onun yaradıcılığından, şəxsiyyətindən, insani keyfiyyətlərindən də söz açıblar. Xüsusi olaraq vurğulanıb ki, müəllifin zəngin daxili dunyasının, gərgin yaradıcılıq axtarışlarının məhsulu olan, maraqlı süjet xəttinə malik, güclü dramatizmlə, sevgi dolu anlarla, gözlənilməz situasiyalarla müşaiyət olunan yeni əsər gənclərin tərbiyəvi ruhda böyüməsinə yardımçı olacaqdır. Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova müəllifi yeni əsəri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Sonda Eyruz Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Tədris ilinin başa çatması münasibətilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında balaca oxucular üçün tədbir keçirilib. Tədbirdə fidanların ifasında şeirlər, nəğmələr dinlənilib, rəqslər izlənilib. Şəhərin folklor klubunun solistləri Solmaz Ağayeva və İlqar İmanov birinciləri mahnı sovqatı ilə təbrik ediblər. İl ərzində fərqlənən fəal oxucular Ləman Quliyeva, Əkbərli Səlbi, Nigar Bağırzadə, Zəhra Əliyeva, Nəzrin Bəşirzadəyə kitabxana adından təşəkkür elan olunub. Uşaqlar həmçinin kitabxana fondunda uşaq ədəbiyyatını əks etdirən sərgi ilə tanış olublar. Sonda kitabxana əməkdaşları uşaqları dərs ilini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər