Müğənninin bağçaya müdir təyin olunması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

Müğənninin bağçaya müdir təyin olunması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi Abşeron rayon Təhsil Şöbəsi Gülnar Nəbi Çingiz kimi tanınan müğənninin Xırdalan şəhərindəki 17 saylı bağçaya müdir təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Trend-ə bildirib ki, Gülnar Nəbi Çingiz həmin bağçaya şöbənin Abşeron rayon İcra Hakimiyyətinə təqdim etdiyi namizədlik əsasında müdir təyin edilib.
A.Nağıyevin sözlərinə görə, Gülnar Nəbi Çingiz həm ibtidai təhsil müəllimidir, həm də Azərbaycan Milli Konservatoriyasını bitirib: "O, həm də "Eurovision"un seçim turlarında iştirak edib. Bəzi saytlar bu xanımın müdir təyin olunmasını şişirdirlər, məsələyə başqa cür yanaşırlar. Amma onun müdir təyin olunmasında heç bir problem görmürük. O, özünü doğruldur, çox yaxşı təşkilatçılıq qabiliyyəti var. Bu gün həmin bağçada Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə də onun gözəl təşkilatçılıq qabiliyyətinin olduğu bir daha təsdiqləndi".


Tehsil-press.az

Oxşar xəbərlər