BDU tələbələri üçün süni intellekt təlimi – ELAN

BDU tələbələri üçün süni intellekt təlimi – ELAN Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən Universitet tələbələri üçün süni intellekt təlimi təşkil olunacaq.

6 aylıq ödənişsiz təlim proqramına qəbul test üsulu ilə aparılacaq və 15 nəfərlik əyani, 30 nəfərdən çox onlayn qruplar yaradılacaq.

Proqram ərzində iştirakçılara “Python” proqramlaşdırma dili, verilənlərin təhlili və vizuallaşdırılması, “Machine learning” alqoritmləri, süni intellekt texnologiyaları istiqamətləri üzrə təlimlər keçiriləcək.

Son qeydiyyat tarixi: 12 oktyabr 2025-ci il

Tehsil-press.az

Oxşar xəbərlər