ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, N.Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini yenidən Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ABŞ hökumət nümayəndələri ilə mütəmadi keçirilən görüşlərin həmişə enerji məsələlərinə töhfə verdiyini qeyd edib.
Başa çatmaqda olan 2016-cı ili enerji sahəsində nailiyyətlər ili kimi qiymətləndirən N.Əliyev ölkədə neft-qaz hasilatı, yataqların işlənməsi və iri enerji layihələrinin həyata keçirilməsi ilə bağlı vəziyyətin tam nəzarət altında və qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb. O, Azərbaycan üçün “Cənub Qaz Dəhlizi” layihəsinin prioritet olduğunu və hökumətin bu layihənin yerinə yetirilməsinə sadiqliyini vurğulayıb: “Azərbaycanın dövlət siyasətinin başlıca məqsədi və hökumətin əsas vəzifəsi ondan ibarətdir ki, layihə vaxtında və yüksək keyfiyyətlə həyata keçirilsin. Bu, böyük bir layihədir və onun həyata keçirilməsi beynəlxalq dəstəyin tam təmin olunması şəraitində mümkündür. Bu baxımdan, ABŞ-ın rolu və dəstəyi təqdirəlayiqdir. Biz bu dəstəyi hələ 1994-cü ildən etibarən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayanda ABŞ-ın flaqman kimi digər dövlətlərin önündə getməsi ilə hiss etmişik”.
N.Əliyev Yunanıstan və İtaliya hökumətində baş verən dəyişikliklər və digər faktorların layihənin vaxtında icrasına mümkün təsirləri ilə bağlı narahatlıqlardan da danışaraq, ABŞ-ın vəziyyətin tənzimlənməsində rolunu zəruri hesab edib.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi A.Hokstayn isə Azərbaycana həmişə dost kimi gəldiyini və 1994-cü ildə ilk gəlişindən indiyə qədər ölkədə müsbətə doğru baş verən köklü dəyişikliklərdən məmnun olduğunu bildirib. “Cənub Qaz Dəhlizi” layihəsinin onun xüsusi diqqətində olduğunu vurğulayan Amos Hokstayn deyib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycan üçün çox vacibdir. Amma Azərbaycanla bərabər, bəlkə də ondan daha çox Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki səbəbdən bu layihə ABŞ üçün strateji məzmun daşıyır. Bu layihənin uğurunu isə indiyə qədər Azərbaycanla ABŞ arasında münasibətlərin yüksək inkişaf səviyyəsi təmin edib. O, bir daha layihənin ölkəsinin prioritetlərindən olduğunu və yeni hökumətin də layihə ilə bağlı siyasəti eyni şəkildə davam etdirəcəyini bəyan edib: “ABŞ Azərbaycanın rəqabət qabiliyyətli neft-qaz hasil etməsinə və dünya bazarlarına çıxarmasına bundan sonra da dəstək nümayiş etdirəcək”.
N.Əliyev razılaşdırılacağı təqdirdə Bakıda Məşvərət Şurasının III iclasının keçirilməsinin vacibliyini bildirib. Bu toplantının layihənin reallaşmasında rol oynayan ölkələrin nazirləri ilə mövcud problemlərin birgə müzakirəsinə və həll yollarının tapılmasına imkan yaradacağını qeyd edərək, A.Hokstaynın da bu tədbirə qatılmasının vacib olduğunu söyləyib.
A.Hokstayn isə öz növbəsində Məşvərət Şurasının növbəti iclasının keçirilməsini doğru addım hesab edərək, bidirib ki, ölkələr Bakıda bir araya gələrək üzərlərinə götürdükləri öhdəliklərə sadiqliklərini nümayiş etdirməlidirlər.
“Sizin Azərbaycana səfəriniz beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır” deyən N.Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisinə dəyişməz mövqeyinə görə təşəkkür edib.
Görüşdə həmçinin dünya neft bazarında qiymətin sabitləşdirilməsi ilə bağlı OPEC çərçivəsində keçirilən görüşlər və görülən tədbirlər barədə müzakirələr aparılıb. Bildirilib ki, neftin qiymətində sabitliyin gözlənilməsi və qiymət dəyişikliyinə təsir edən amillərin əvvəlcədən müəyyənləşdirilməsi önəmlidir.
Tehsil-press.az