Səngəçal terminalından 69 mln. ton neft və kondensat ixrac edilib

Səngəçal terminalından 69 mln. ton neft və kondensat ixrac edilib 2017-ci ilin I rübü ərzində Səngəçal terminalından 69 mln. bareldən artıq neft və kondensat ixrac edilib.

"BP-Azerbaijan" şirkətindən Təhsil-press.az-a verilən məlumata görə, 60,5 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (Bakı-Supsa) vasitəsilə və təqribən 1,1 mln. barel ayrıca kondensat ixrac edilib.
Bildirilir ki, bu dövrdə terminaldan neft və kondensat ixracı 8% azalıb. Rüb ərzində terminaldan gündəlik orta hesabla 26,5 mln. kubmetr (936 mlrd. kubfut) “Şahdəniz” yatağının qazı ixrac edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,86% azdır.

Təhsil-press.az

Oxşar xəbərlər