Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.
Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar. Onlardan biri 1991-ci ildən fəaliyyətə başlayan “Azersun Holding”dir.
Dövlətimizin başçısına istehsal müəssisələrinin yerli xammal ilə təmin edilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə məlumat verildi. Qeyd olundu ki, aparılan uğurlu elmi-tədqiqat işlərinin nəticəsi olaraq artıq qışda da şəkər çuğunduru əkinləri həyata keçirilir. Bu il 14 min hektar ərazidə yeni şəkər çuğunduru sahələri salınıb. Sərgidə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding” tərəfindən istehsal olunan çay, şəkər, yağ, duz, konserv, süd, sous və digər məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə öz imkanlarını təqdim edən şirkətlərdən biri də “Grow Group Azərbaycan” MMC-dir. Şirkət müasir istixana komplekslərinin qurulması, idarə edilməsi zamanı lazım olan alətlərin, avadanlıqların satışı və həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışını həyata keçirir. “Grow Group Azərbaycan”ın bacarıqlı, təlim keçmiş işçiləri müasir istixana komplekslərinin tikintisi və idarə olunmasında geniş yerli və beynəlxalq təcrübəyə malikdirlər. Şirkət hollandiyalı tərəfdaşları ilə birgə şüşə örtüklü istixanaların da quraşdırılmasını həyata keçirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Netafim” sulama sistemləri stendi ilə də tanış oldular. Şirkətin layihələrinə isti, soyuq, tropik və mülayim hava şəraiti daxil olmaqla hər yerdə rast gəlmək mümkündür. Bu layihələrdə bütün müasir istixana texnologiyalarından istifadə olunur. Şirkət damla sulama və mikroirriqasiya sistemləri üzrə dünyada ən yaxşılardandır.
“Maschio Gaspardo” şirkətinin məhsulları da sərgidə böyük maraqla qarşılanır. 1964-cü ildə yaradılan bu şirkət müxtəlif kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə dünyada məşhurdur. Şirkətin kultivatorları, müxtəlif ölçülü dərmansəpənləri və kotanları yüksək keyfiyyəti ilə fərqlənir. İtaliyada yeddi, həmçinin Avropa, Asiya və ABŞ-da üç istehsal sahəsi və 13 filialı olan şirkət rəqabətədavamlı məhsulları ilə seçilir. Şirkətin məhsulları ətraf mühitin qorunması ilə bağlı nəzərdə tutulan bütün tələblərə cavab verir.
Budəfəki sərgidə İtaliyanın “Landini” şirkəti də təmsil olunur. Uzun illərdir kənd təsərrüfatı texnikası istehsal edən şirkətin məhsullarına dünyanın əksər ölkələrində tələbat var. Hazırda bu istehsalçı “Landini” markalı traktorları ölkəmizdə fəaliyyət göstərən fermerlərə təklif edir.
Sərgilərdə Gürcüstanın milli stendi də məhsulun çeşidinin çoxluğu və müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada Gürcüstanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları nümayiş olunur. Onların arasında mineral sular, təbii şirələr, bal və digər məhsullar var. Kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşan doqquz müxtəlif şirkətin nümayiş etdirdiyi məhsullar təbiiliyi və keyfiyyəti ilə seçilir. Gürcüstan artıq Bakı sərgisində üçüncü dəfədir ki, milli stendlə təmsil olunur. Amerikanın “John Deere” şirkəti dünyada ən etibarlı istehsalçılardandır. Şirkətin fəaliyyətində innovasiyaların tətbiqinə və keyfiyyətə xüsusi diqqət yetirilir. Bu şirkətin məhsulları da Bakı sərgisində geniş nümayiş olunur.
Türkiyənin “CANSA” şirkətinin stendi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu müəssisə kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə məşğuldur. Sərgidə şirkətin istehsalı olan müxtəlif kənd təsərrüfatı avadanlıqları nümayiş etdirilir.
Sərgilərdə öz imkanlarını təqdim edən yerli şirkətlərdən biri də “Kaspi Yıldız Azər-Türk” müəssisəsidir. Prezident İlham Əliyevə müəssisə barədə məlumat verildi. Bildirildi ki, özəl sektorda 20 ildir uğurla təmsil olunan bu şirkət ölkə iqtisadiyyatının inkişafına töhfələr verir.
2012-ci ildə təsis edilən “Lerik broyler” müəssisəsi artıq ölkənin kənd təsərrüfatı sektorunda kifayət qədər tanınıb. Bu yaxınlarda isə şirkət ölkəmizdə kənd təsərrüfatı texnikasının və avadanlıqlarının istehsalına başlayıb.
“A-SERA-Azərbaycan” MMC-nin pavilyonu ilə tanışlıq zamanı məlumat verildi ki, şirkət istixana tikintisi sektorunda ilk və innovativ müəssisədir. “A-SERA-Azərbaycan”ın əsas məqsədi iqtisadi şəraiti nəzərə alaraq dünya ölkələrini keyfiyyətli istixanalarla təmin etməkdir. Şirkət Hollandiya, Türkiyə, Rusiya və MDB ölkələrində böyük bazar payına sahibdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Binə-Aqro” MMC-nin stendi ilə tanış oldular. 2012-ci ildə fəaliyyətə başlayan şirkət Binə kəndində 42 hektar ərazidə istixana kompleksi qurub və öz fəaliyyətində bütün standartlara cavab verən meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün yalnız müasir texnologiya tətbiq edir.
Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “Meyvəli” Logistik Mərkəzidir. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın icrası məqsədi ilə yaranan mərkəz Qafqazın ən böyük logistik subyektidir. Logistik mərkəz 54 hektar ərazidə yaradılıb. Burada müxtəlif təyinatlı anbarlar, soyuducular, açıq ticarət yerləri və çoxsaylı mağazalar var. “Meyvəli” Logistik Mərkəzi kənd təsərrüfatı şirkətlərinin iri və orta biznes üçün əlverişli investisiya meydançasıdır. Mərkəzin əsas tərəfdaşları ölkənin iri ticarət şəbəkələridir.
Dövlətimizin başçısı “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin stendi ilə də tanış oldu. Bildirildi ki, sərgidə nümayiş etdirilən yeni traktorlar “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə “YTO GROUP” tərəfindən Qusar rayonunda yerləşən istehsal müəssisəsində yığılacaq. İlkin olaraq ildə 800 orta ölçülü traktorun yığılması həyata keçiriləcək. İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla, digər ehtiyat hissələri ölkəmizdə fəaliyyət göstərən müxtəlif müəssisələrdə hazırlanacaq. “Made İn Azerbaijan” brendi altında istehsal olunan bu traktorlardan kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunacaq.
Azərbaycanda keçirilən bu sərgiyə böyük maraq göstərən ölkələrdən biri də Belarusdur. Belarus da builki sərgidə 11 şirkətlə təmsil olunur. “Belaruski” ticarət şəbəkəsi ölkənin ən yaxşı ərzaq zavodlarının məhsullarını Azərbaycan bazarında təmsil edir. Hazırda Belarusun 30-dan çox zavodu ilə əməkdaşlıq edən ticarət şəbəkəsinin əsas məqsədi yerli əhali arasında məhsulların tanınması və fəaliyyətin daha da inkişaf etdirilməsidir. Bu gün ticarət şəbəkəsinin Azərbaycanda dörd mağazası fəaliyyət göstərir və şəbəkənin ölkəmizin ərazisində daha da genişləndirilməsi planlaşdırılır.
“Azərpambıq” MMC-nin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu qurum əsasən pambıq istehsalı, onun tədarükü və emalı ilə məşğuldur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sumqayıt Tekstil və Trikotaj” MMC və “Şəki-İpək” ASC-nin stendlərinə də baxdılar. Təbii ipəkdən müxtəlif məhsullar istehsal edən “Şəki-İpək” ASC fəaliyyətini getdikcə genişləndirir və məhsulun çeşidini artırır. Şirkətin məhsulları arasında ipək parçalar, kəlağayılar, əllə toxunan Azərbaycan xalçaları diqqəti cəlb edir. “Sumqayıt Tekstil və Trikotaj” şirkətinin məhsulları da keyfiyyəti ilə seçilir. Müəssisə müxtəlif çeşiddə məhsullar buraxır.
Şəki, Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət göstərən “İntertobacco” müəssisəsi 2006-cı ildə yaradılıb və indiyədək bir sıra iqtisadi uğurlara imza atıb. Şirkət öz məhsullarını xarici ölkələrə ixrac edir.
“Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi” ən müasir texnoloji avadanlıq və yeni istehsal sahələri ilə təchiz edilmiş müəssisədir. Burada istehsal edilən qlükoza, fruktoza, quru nişasta qida sənayesi sektorunda, kəpək, qarğıdalı qırıntısı heyvandarlıq, quşçuluq və balıqçılıqda istifadə olunur.
Azərbaycanda keçirilən bu sərgilərə böyük maraq göstərən ölkələrdən biri də Hollandiyadır. Bu ölkənin Bakı sərgisindəki milli stendində bir neçə şirkət təmsil olunub. Prezident İlham Əliyevə məlumat verildi ki, bu şirkətlər istehsalda innovativ texnologiyalardan istifadə etməklə ənənəvi keyfiyyəti qoruyub saxlayırlar. Buna görə də onların məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var.
Yerli brend olan “Balxurma” da sərgidə ilk dəfədir iştirak edir. Müəssisə SOCAR-ın və regionlarda ailə təsərrüfatına yardım məqsədilə “ASAN xidmət”in nəzdində yaradılan “ABAD” mərkəzinin dəstəyi ilə qurulub.
Dövlətimizin başçısı və birinci xanım “Astaraçay” MMC-nin stendi ilə tanış oldular. Şirkət 2010-cu ildə yaradılıb. Çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı çay plantasiyalarından tədarük edilir. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir.
Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “METAK”dır. İntensiv bağçılıq üçün nəzərdə tutulan məhsullarını təqdim edən bu şirkət öz peşəkar mühəndislik və qəlibçilik ənənələrinə güvənərək xüsusi kənd təsərrüfatı avadanlıqlarının istehsalına başlayıb.
Azərbaycanda keçirilən bu sərgilərə böyük maraq göstərən şirkətlərdən biri də Qazaxıstanın “RAXAT” Açıq Səhmdar Cəmiyyətidir. 75 illik tarixi olan şirkət Qazaxıstanda fəaliyyət göstərən ən böyük şirniyyat istehsalçılarından biridir. Şirkət tərəfindən istehsal edilən məhsulun çeşidinə 300-dən çox adda müxtəlif şirniyyat daxildir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gilan Holding”in kənd təsərrüfatı stendi ilə tanış oldular. Bildirildi ki, Qəbələnin Vəndam qəsəbəsində “Gilan Holding”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşır. Bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biridir. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçiblər.
Sonra dövlətimizin başçısı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin sərgidə nümayiş etdirilən traktorlarına baxdı. Burada müəssisənin istehsalı olan 10 müxtəlif modeldə traktor, otbiçən və kotanlar nümayiş etdirilir. Traktor modellərindən bəziləri ilk dəfə olaraq təqdim edilir. Onların arasında pambıq əkini və kəskin isti hava şəraitində məhsul yığımı üçün nəzərdə tutulan kondisionerli traktorlar da var.
Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan “Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.
Prezident İlham Əliyev kombaynı işə saldı.
“Azərtexnika” MMC ölkəmizə Avropa və Türkiyədən kənd təsərrüfatı texnikası idxal edir. Onların arasında müxtəlif markalı traktorlar da var. Şirkətin südsağan aqreqatları və südsoyudan çənləri, buğda, arpa, qarğıdalı, kartof və pambıq toxumu səpən avadanlığı, ağacları dərmanlayan qurğuları, kiçik və iri inkubatorları böyük maraqla qarşılanır.
Sərgidə kənd təsərrüfatı sahəsində dünya liderlərindən olan Almaniyanın “CLAAS” brendinin məhsulları da nümayiş olunur. Şirkətin taxıl və qarğıdalıyığan kombaynları, həmçinin traktorları yüksək keyfiyyəti ilə seçilir.
Bütün bunlar kifayət qədər maraq doğuran və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilən bu sərgilərin artıq yeni məhsul və texnologiyaların təqdimatı üçün nadir platformaya çevrildiyini təsdiqləyir.
Təhsil-press.az