Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi keçiriləcək.
Edvard Tvoxiq 1969-ci ildə İrlandiyada anadan olub. O, Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Daha sonra isə Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşmışdır, burada o, Britaniya Şurasından təqaüd alan ilk İrlandiyalı tələbə olub.
Hal-hazırda o, rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecində rəhbərlik edir. Edvard Tvoxiq Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd Qalereyasının hamisidir.
Tvoxiq ingilis yazıçısı, rəssam və ictimai mütəffəkir C.Raskinin: “Siz incəsənətin nəyi əks etdirdiyini sevməsəniz, heç vaxt onu dərindən sevə bilmərsiniz” fikrinə inanır. Rəssam əsərlərini təbiətdən ilhamlanaraq bilavasitə naturadan yaradır. Daha sonra yadında qalan nüanslar əsasında kompozisiyalarını tamamlayır. O, təbiətin gözəllikliyini rəsm, fotoqrafiya, xüsusən də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. Bleyk, Ravilious və Semuel Palmerin təsirinin duyulduğu bu qravüralar ingilis pastoral ənənəsinə mühüm töhfədir.
Edvard Tvoxiqin “Yer üzü və xətt” (Berstou qalereyası,Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilmişdir.
Sərgi 31 may 2017-ci il tarixində, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək.

Kəmalə Rəhimli