Kubanın nüfuzlu “Bohemia” jurnalı və ölkənin ən çox ziyarət olunan və istinad edilən internet resursu “EcuRed” elmi-kütləvi ensiklopediyasında 15 iyun – xalqımızın Milli Qurtuluş Günü ilə bağlı məqalələr yerləşdirilib.
Səfirlikdən Təhsil-press.az-a verilən məlumata görə, məqalələrdə Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər və Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilibş, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilib.
“Bohemia” jurnalında yer almış məqalənin müəllifi Maria Victoria Valdes qeyd edir ki, hər il 15 iyun tarixini qardaş Azərbaycan xalqı və hökuməti Milli Qurtuluş Günü olaraq qeyd edir. Bildirilir ki, bu mühüm tarixi hadisə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və onun Azərbaycanın dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda müstəsna xidmətləri ilə bağlıdır.
Azərbaycanın yaxın tarixindən bəhs edən müəllif, ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki fəaliyyətindən bəhs etmişdir. Keçmiş SSRİ ərazisindəki dağıdıcı proseslərin xüsusi ilə Azərbaycana ağır təsir etdiyini vurğulamış və M.Qorbaçovun yürütdüyü siyasətə Heydər Əliyev tərəfindən qəti etiraz olunduğunu bildirilib.
Məqalələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açılmış, Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi qeyd edilmişdir. Lakin ölkənin parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq, gələcək inkişafının təmin edilməsi məhz Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Ali Sovetin sədri seçilməsindən sonra həyata keçirdiyi yorulmaz fəaliyyəti sayəsində mümkün olduğu diqqətə çatdırılı. Bildirilmişdir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına və gücləndirilməsinə nail olmuş, ölkənin milli inkişaf konsepsiyasının əsasını qoymuş və Azərbaycanda qısa müdətdə siyasi-ictimai stabilliyin yaradılmasına nail olub.
Qeyd edilmişdir ki, həmin dövrdən etibarən bu inkişaf yoluna sadiq qalmış müasir Azərbaycan hazırda suveren, demokratik, dünyəvi və hüquqi bir dövlətdir. Bu xüsusda vurğulanmışdır ki, beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək Ermənistanın hərbi işğalı altında olmasına baxmayaraq, Azərbaycan öz gücünə əmindir və gəlcəyə nikbin baxır.
“Bohemia” jurnalında dərc edilmiş məqalədə həmçinin Azərbaycanın iqtisadi inkişaf templəri haqda məlumat verilmişdir. Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizinin məhz Azərbaycanın payına düşdüyü, habelə Xəzər dənizi regionunda mühüm maliyyə, iqtisadi, turizm və infrastruktur mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq miqyasda sərmayələr yatıran və humanitar yardımlar göstərən donor ölkə olduğu diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, cəmiyyətin bütün sahələrində uğurla inkişaf edən Azərbaycanda mövcud olan milli birlik və həmrəylik ideyaları da məhz görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının bəhrəsidir.
Təhsil-press.az