Azərbaycanlı çoban “O səs Türkiyə”də - Video

Azərbaycanlı çoban “O səs Türkiyə”də - Video Neftçalanın Qaçaqkənd sakini, "çoban-müğənni" kimi məşhurlaşan Pərvin Səfərov “O səs Türkiyə” musiqi yarışmasına qatılıb.
Tehsil-press.az xəbər verir ki, o, “Nazəndə sevgilim” mahnısını ifa edib.
Pərvinin ifasını Gökhan, Hadisə və Murad Boz bəyənərək onu komandasında görmək istədiklərini açıqlayıblar. Verilişin aparıcısı Acun Ilıcalı isə azərbaycanlı ifaçı haqqında məlumat verərək onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib.
Sonda Pərvin Murad Bozun komandasınıı seçib.



Tehsil-press.az

Oxşar xəbərlər