Vətəndaşlar Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsinə nə deyir? - VİDEOSORĞU

Vətəndaşlar Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsinə nə deyir? - VİDEOSORĞU Ötən gün Azərbaycan möhtəşəm bir tədbirə ev sahibliyi etdi.
10 ildir tikintisi həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşdü və ilk yük qatarları Azərbaycan və Türkiyə prezidentlərinin, eləcə də digər dövlətlərin hökumət rəhbərlərinin iştirakı ilə yola salındı. Növbəti ildən bu xətt üzrə sərnişin qatarlarının da hərəkətə başlayacağı gözlənilir. Bu layihə ekspertlər tərəfindən müsbət qarşılandı və Azərbaycana iqtisadi, siyasi dividentlər gətirəcəyi açıqlandı. Ölkəmizin tarixi İpək yolunun bir parçasına çevrilməsi mühüm hadisə kimi qiymətləndirildi.
Bəs görəsən, paytaxt sakinləri Azərbaycan dövlətinin bu uğuruna sevinirmi? Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılması onlar üçün nə ifadə edir? Gələcəkdə xarici ölkələrə qatarla getmək imkanının yaranmasını necə qiymətləndirirlər?
Bu suallara aydınlıq gətirmək üçün şəhər sakinləri arasında sorğu keçirib. Respondentlər Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə düşməsini tarixi hadisə kimi dəyərləndirib və onun müəllifi kimi dövlət başçısını təqdir ediblər.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.



Tehsil-press.az


Oxşar xəbərlər