Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının martın 3-də ilk iclası keçirilib.
Komissiyanın sədri, Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər barədə bir qrup KİV-ə məlumat verərək deyib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub.
“Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki, bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub”, - deyə A. Şərifov qeyd edib.
Tehsil-press.az