Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib.
Bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub: "Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ dünya rekordudur. İslahatlarımız Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından 35-ci yerdə qərarlaşdırdı. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir - biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyanın 35 ən qabaqcıl ölkəsi sırasındayıq. Xatırlasaq ki, biz yalnız 26 ildir müstəqilik, bu, həqiqətən də böyük nailiyyətdir. Davos Forumunun digər qiymətləndirməsi İnklüziv İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdədir. Yəni, bizdən öndə yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və 2 inkişaf etməkdə olan dövləti yer alır. Bu, aparıcı beynəlxalq siyasi və maliyyə institutlarının bizim islahatlarla bağlı qiymətləndirməsidir. Bizim islahatlar yaxşı nəticələr verir. Həmin islahatlar sayəsində ölkəmiz adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlərdən biridir. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin yarısını xarici, yarısını isə daxili investisiyalar təşkil edib. Bir sözlə, Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib və təbii ki, bu, bizə yalnız ölkə daxilində deyil, həmçinin regionda da sərmayə yatırmağa imkan, regional əməkdaşlıq üçün isə daha yaxşı platforma yaradır".
Dövlət başçısı Azərbaycanın enerji ehtiyatları ilə məşhur olduğunu vurğulayıb: "Yeri gəlmişkən qeyd edim ki, dünyada ilk neft quyusu məhz Azərbaycanda, Bakıda qazılıb. O yer bu mehmanxanadan 15 dəqiqəlik məsafədə yerləşir və həmin tarixi quyu bu gün açıq havada salınmış muzeyin ərazisindədir.
Bu gün Azərbaycan özünün enerji potensialını dünyaya açmış dövlətdir. Biz xarici neft şirkətlərini Xəzər dənizində işləməyə dəvət edən ilk ölkə olmuşuq. Həmin əməkdaşlığın 24 illik tarixi var və bu, həm bizim, həm də tərəfdaşlarımız üçün faydalı əməkdaşlıqdır. Qonşularımız və dostlarımız Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm enerji layihələrini həyata keçirmişik. Hər iki kəmər vasitəsilə Azərbaycanın karbohidrogen ehtiyatları beynəlxalq bazarlara nəql edilir. Azərbaycan artıq Xəzər dənizinin digər tərəfində hasil olunan neftin daşınması üçün tranzit ölkəyə çevrilib. Azərbaycan öz tərəfdaşları ilə daha geniş formatda, enerji sektorunda dünyanın ən nəhəng layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi üzərində çalışır. Bu da öz növbəsində tarixi layihədir. O, 7 dövləti birləşdirir və əlavə ölkələrin cəlb edilməsi üçün də yaxşı potensial var. Bu layihənin dəyəri 40 milyard dollardır və buraya Azərbaycanın təbii qazının hasilatı, nəqli və paylanması daxildir. Bakıdan başlayaraq Avropada bitən vahid neft kəmərləri sisteminin ümumi uzunluğu 3500 kilometrə bərabərdir. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Enerji təhlükəsizliyi bir çox dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin enerji balansının 40 faizini təşkil edir və Azərbaycanın təbii qazı da Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək.
Bu il biz “Cənub Qaz Dəhlizi” layihəsinin ən mühüm hissəsinin açılışını qeyd edəcəyik. Yəni, “Şahdəniz” yatağından ilk qazın nəql olunması, Azərbaycanı Gürcüstan ilə birləşdirən Cənubi Qafqaz Qaz Kəməri və Türkiyə ərazisindən keçən Transanadolu kəmərinin istifadəyə verilməsi. Bunlar Cənub Qaz Dəhlizinin mühüm seqmentləridir, işlər plan üzrə davam edir və ümidvaram ki, tezliklə biz həmin tarixi nailiyyətin - layihələrin istifadəyə verilməsini qeyd edəcəyik".
Daha sonra Prezident İlham Əliyev bildirib: "Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan əməkdaşlıq təkcə bizim ölkələrə xidmət etmir, o, eyni zamanda, bütün region üçün əhəmiyyət kəsb edir. Bizim illər boyu yaratdığımız enerji dəhlizləri artıq nəqliyyat dəhlizlərinə çevrilir və yenə də üç dövlət həmrəylik, birlik və sadiqlik nümayiş etdirir. Ötən ilin oktyabrında biz daha bir tarixi layihənin açılışını etdik. Bu, üç ölkəni, ancaq əslində qitələri birləşdirən dəmir yolu layihəsidir. Çünki bu dəmir yolu xətti Asiyadan Avropaya olan ən qısa marşrutdur. Onun sayəsində Asiyadan Avropaya və geriyə olan yük daşımaları üçün tələb olunan vaxt 30 gün deyil, iki həftəyə bərabər olacaq. Bakı-Tbilisi-Qars layihəsinin ötən ilin oktyabrında açılışı qlobal əhəmiyyət kəsb edən hadisədir. Çox şadam ki, açılışdan qısa bir zaman – altı ay keçməsinə baxmayaraq, biz bu layihəyə artan marağın şahidi oluruq. Biz bu layihəyə böyük maraq və ümidləri olan Asiya, Mərkəzi Asiya və Avropadan olan yeni tərəfdaşları görürük. Hazırda biz əməkdaşlığın daha irəlidə olan mərhələsindəyik və burada səylərimizi əlaqələndiririk ki, bu marşrut yalnız vaxt baxımından deyil, iqtisadi cəhətdən də rəqabətli olsun. Yəni, biz yükləri daşıma vaxtının qısa olması ilə bərabər, münasib qiymətlə də cəlb edə bilək. Biz həmin istiqamətdə olduqca fəal çalışırıq. Bu, bizim fəaliyyətimizin mühüm beynəlxalq əhəmiyyət kəsb etdiyi bir sahəsidir".
Tehsil-press.az