“Dövlət qulluğu” jurnalının beşinci nömrəsi çapdan çıxıb

“Dövlət qulluğu” jurnalının beşinci nömrəsi çapdan çıxıb Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının beşinci nömrəsini nəşr etdirib.
Jurnalın bu nömrəsində “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün təlimat”, “Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün proqramlar”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (iyulun 1-dək)” və digər zəruri məlumatlar dərc edilib.
Jurnalı DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m və Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər