İxtisas seçimi mərhələsi də abituriyentdən dəqiqlik tələb edir
Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı. Artıq imtahanlardan uğurla çıxanlar üçün ixtisas seçimi mərhələsi başlayır. Bu proses iyulun 30-dan start götürəcək. Avqustun 13-dək internet vasitəsilə aparılacaq bu mərhələ abituriyentlərdən xüsusi diqqət tələb edir. Mütəxəssislər kifayət qədər sadə hesab etdikləri bu mərhələdə abituriyentlərin kifayət qədər ciddi əhəmiyyət daşıyan səhvlərə yol verdiklərini qeyd edirlər. Odur ki, ixtisas seçməzdən əvvəl bilməli olduğunuz məqamları müəyyənləşdirin. Bu mərhələdə abituriyentlərin yol verə biləcəyi əsas yanlışlar nə ola bilər? Daha çox nəyə fikir vermək lazımdır?
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə də bu fikirdədir ki, növbəti mərhələdə də əsas iş abituriyentlərin öz üzərinə düşür: “Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur”.
Bu vəzifənin öhdəsindən necə, kiminlə məsləhətləşərək və ən əsası, kimin köməyi ilə gələcəyinə isə abituriyentlər xüsusilə diqqət yetirməlidirlər.
İxtisas seçiminə hansı imtahanın nəticəsi ilə qatılacaqsan?
“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında X.Xanlarzadə xüsusi vurğulayıb ki, çox sadə proses olan ixtisas seçimini abituriyentin özü həyata keçirməlidir. Bunun üçün də hər abituriyentin bilməli olduğu məqamlar var: “Məsələn, abituriyentlər öz ərizələrində 15-ə qədər ixtisas kodunu qeyd edirlər. “Abituriyent” jurnalının 4 nömrəli buraxılışı əsasında ixtisas kodunu müəyyənləşdirmək mümkündür. Bilirsiniz ki, artıq 2 ildir abituriyentlərə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 2 dəfə iştirak etmək hüququ verilir. Abituriyentə təklif olunur ki, hansı imtahanın nəticəsi ilə müsabiqəyə qatılmaq istədiyinə özü qərar versin. Odur ki, elektron ərizəsini açanda orada yaz, yoxsa yay imtahan nəticəsi ilə müsabiqəyə qatılmaq istədiyinə dair sorğuya cavab verməlidir. Abituriyent hansı nəticəsini istəsə, onu seçir və ondan sonra ixtisas kodlarını daxil edir”.
Hansı ixtisas qrupu üzrə ixtisası birinci seçəcəksən?
Bəlli olduğu kimi, bu ildən yaz və yay imtahan sessiyalarında abituriyentlərə ayrı-ayrı ixtisas qrupları üzrə imtahanlara qatılmaq şansı verilib. Abituriyent müxtəlif ixtisas qrupları üzrə imtahanlarda iştirak edib və hər iki ixtisas qrupu üzrə imtahan şərtlərini ödəyibsə, o, hər iki ixtisas qrupu üzrə seçdiyi ixtisasları qeyd edə bilər. Bu zaman abituriyent ilk növbədə onu nəzərə almalıdır ki, hansı ixtisası daha çox istəyir: “İxtisaslar onlara olan maraq və istəyin azalması istiqamətində sıralanmalıdır. Yəni, ən çox istədiyiniz ixtisaslar ilk sıralarda qeyd edilməlidir”.
X.Xanlarzadə əlavə edib ki, abituriyentlər qeyd olunan 15 ixtisasın hamısını seçmək məcburiyyətində deyillər. Sadəcə, onlara bu imkan verilir. Abituriyentlər arasında bir ixtisas yazanlar da çoxdur. Tutaq ki, sadəcə müəllimliyi, ya da müalicə işi ixtisasını seçənlərin sayı kifayət qədərdir.
Abituriyentlər ilk növbədə onu müəyyənləşdirməlidirlər ki, seçdikləri ixtisas üzrə təhsil almaq istəyirlərmi? İxtisası qeyd edib təsdiqləməzdən öncə bu suala cavab tapmalıdırlar: “Bu, kifayət qədər ciddi məsələ olduğundan üzərində daha çox düşünməlidirlər. İnternetdə bu istiqamətdə araşdırma aparsınlar. Qəbul olmaq istədikləri ali məktəbə getsinlər, mühitlə tanış olsunlar. Maraqlansınlar ki, həmin ixtisasa qəbul olunduqdan sonra kimlərdən, hansı fənlərdən təhsil alacaqlar, gələcəkdə harada işləyə biləcəklər. Əmək bazarının ümumi vəziyyətini araşdırsınlar. Abituriyent üçün maraqlı olmalıdır ki, 4 il sonra həmin ixtisas üzrə təhsilini başa vurub iş tapa biləcəkmi? Bəzən tələbə ixtisası seçir, təhsil almağa başlayanda peşman olur. Odur ki, elə ixtisaslar seçsinlər ki, hər birində təhsil almaq, karyera qurmaq istəsinlər”.
X.Xanlarzadə abituriyentlərin seçim apararkən qarışdırdığı bir məqama da diqqət çəkib: “İxtisas seçimi siyahısında həm dövlət sifarişli, həm də ödənişli ixtisasları seçmək istəyirlərsə, diqqətli olmalıdırlar. İxtisas kodunu daxil edərkən abituriyent ödənişli, yoxsa dövlət sifarişli yer olduğunu bildirən qeydi işarələməlidir. Həm ödənişli, həm də dövlət sifarişli yerləri seçmək istəyirsə, ikinci dəfə də eyni kodu yazmalı, bu dəfə növbəti təhsil növünü qeyd etməlidir. Məsələn, kodu yazıb qarşısında dövlət sifarişli yer göstəribsə, ikinci dəfə eyni kodu yazıb bu dəfə ödənişli yeri seçməlidir”.
Valideyninizlə məsləhətləşdinizmi?
Bu da önəmli məsələlərdəndir. İxtisas seçməzdən əvvəl bəzi məqamlar mütləq valideynlərlə müzakirə olunmalıdır. Abituriyentlərin valideynləri ilə məsləhətləşməli olduğu həmin məqamlar nədir? Məsələn, abituriyent rayonda yaşayır, amma Bakıda təhsil almaq istəyirsə, ixtisas seçərkən bunu valideyni ilə müzakirə etməlidir. Ailənin maddi imkanı yoxdursa, onun Bakıda təhsilini təmin edib-edə bilməyəcəklərini əvvəlcədən müəyyənləşdirməlidir. Eyni zamanda, ödənişli ixtisas seçərkən də valideyninin fikri öyrənilməlidir. Məlumdur ki, ödənişli ixtisas seçərkən müəyyən məbləğdə təhsil haqqı ödənilməlidir. Buna valideynin imkanı çatacaqmı? Bu məsələlər abituriyentlə valideyn arasında razılaşdırılmalıdır.
İxtisas seçimində texniki səhv mümkün deyil
İxtisas seçiminin texniki tərəflərinə gəlincə, X.Xanlarzadənin sözlərinə görə, burada çətin heç nə yoxdur: “İxtisas seçimini abituriyentlər özü həyata keçirməlidirlər. Bunu heç kəsə həvalə etməməlidirlər. Xüsusilə, son vaxtlar fəallaşan xüsusi insanlar, hətta qruplar var ki, pul alaraq ixtisas seçimini öz üzərinə götürürlər. Əslində, ixtisas seçimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Prosesi necə həyata keçirməklə bağlı elektron ixtisas seçimi ərizəsində də təlimat yerləşdirilib. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı da yoxdur və ərizəni “yadda saxla” düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir”.
X.Xanlarzadə bu mərhələdə ən çox rast gəlinən yanlışlardan da danışıb: “Abituriyentlər elektron ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisasları qeyd edir və “yadda saxla” düyməsini basırlar. Unudurlar ki, bundan sonra daha bir iş var. Ərizəni mütləq təsdiqləmək lazımdır. Yəni “Yadda saxla” düyməsindən sonra qeyd edilənləri yoxlayıb hər hansı səhv olmadığına əmin olduqdan sonra mütləq “Təsdiq et” düyməsi də basılmalıdır. Bundan sonra ekrana elektron ərizənin təsdiq olunduğuna dair bildiriş gəlir”.
“Abituriyent” jurnalının 4 nömrəli buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, 2 nömrəli buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Keçid ballarını da nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər: “Bilirsiniz ki, keçid balı “müsabiqə şərti” anlayışından fərqlənir. Keçid balı o deməkdir ki, müsabiqə zamanı hər hansı ixtisasa ayrılan plan yerləri və həmin ixtisas üzrə qəbul olunan ən sonuncu abituriyentin balına bərabər olan göstəricidir. Misalla izah edim. Tutaq ki, hər hansı ixtisas üçün 40 plan yeri ayrılıb. Həmin ixtisas üzrə müsabiqədə iştirak edən 60 abituriyentdən 40-nın balı keçid balıdır. Bizə ən çox ünvanlanan suallardan biri məhz keçid balı ilə əlaqədar olur. Keçid balının qalxacağı, yoxsa əksinə, düşəcəyi həmişə soruşulur. Amma nəzərə alınmalıdır ki, keçid balı müsabiqə nəticəsində formalaşır. Müsabiqə şərtlərində əvvəlcədən bal qeyd olunur. Amma keçid balını müsabiqədən sonra bilirik. Ümumi istiqamət götürmək üçün abituriyentlər ötən il formalaşmış keçid ballarına baxa bilərlər. Burada da nəzərə almaq lazımdır ki, keçid balı arta, ya da azala bilər. Tutaq ki, ixtisas üzrə plan yerlərinin sayı ötən ilə nisbətən azalıbsa, abituriyentlərin sayı isə dəyişməyibsə, deməli, həmin ixtisas üzrə keçid balları daha yuxarı olacaq. Məsələn, IV ixtisas qrupunun ixtisasları üzrə plan yerləri 25-dək azalıb. Abituriyentlərin imtahan nəticələri də ötən illə müqayisədə bu il daha yuxarıdır. Bu o deməkdir ki, adıçəkilən ixtisas qrupunda keçid balının daha yuxarı olacağını güman etmək olar. Müəyyən ixtisaslar da var ki, plan yerləri artıb. Abituriyentlərin sayı da eyni qalıbsa, bu onu deməyə əsas verir ki, həmin ixtisas qrupu üzrə keçid balları daha aşağı olacaq. Abituriyentlər ixtisas seçərkən bunları təhlil etməlidirlər”.
Hər deyilənə inanma
Beləliklə, ixtisasınızı özünüz seçin. Elə ixtisas seçin ki, sonra oxuya, daha sonra isə işləyə biləsiniz. Bu mərhələdə başqalarının söylədiklərinə isə fikir verməyin. X.Xanlarzadə deyir ki, ixtisas seçimində taleyini başqalarının əlinə etibar etməyin abituriyentlər üçün ağır nəticələri ola bilər: “Çox təəssüf ki, son günlər sosial şəbəkələrdə apardığımız monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırışlar edirlər. Kömək vəd edənlər arasında hətta özünü Dövlət İmtahan Mərkəzinin əməkdaşı kimi təqdim edənlərə də rast gəlinir. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar”.
Odur ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində ixtisas seçimi ilə əlaqədar onlara kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Bundan əlavə, iyulun 30-da Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin “İnstagram” və “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaq.
Ruhiyyə DAŞSALAHLI