Avropada ruslara ən çox nifrət edən ölkələr hansılardır? – ARAŞDIRMA

Avropada ruslara ən çox nifrət edən ölkələr hansılardır? – ARAŞDIRMA Avropanın “European Values” tədqiqat təşkilatı Avropa İttifaqının müxtəlif ölkələrində Rusiyaya olan münasibəti araşdırıb.
Araşdırmanın nəticələrinə görə, İsveç, Litva, Latviya, Estoniya və Böyük Britaniya Avropada Rusiyaya ən çox nifrət edən ölkələrdir.
Almaniya və Fransa “oyanan ölkələr” adlandırılıb. Bu ölkələrin Rusiyadan qaynaqlanan potensial təhlükəni anlamağa başladığı bildirilir. Xorvatiya, İrlandiya, Bolqarıstan, Slovakiya və Belçikanı isə ekspertlər “şübhələnən ölkələr” siyahısına daxil ediblər.
Kipr və Yunanıstan Rusiyaya ən loyal ölkələrdir.
Macarıstan, Avstriya, Lüksemburq, Malta, Portuqaliya və Sloveniyadan ibarət qrup Rusiyanın “düşmən hərəkətlərinin” mövcudluğunu inkar etməyə davam edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər