Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 79,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,57 dollar/barel azdır.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 78,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 5-də 75,74 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 5-də 76,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,64 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər