“Gənclik Mall”un qarşısında insident - DİN nəzarətə götürdü

“Gənclik Mall”un qarşısında insident - DİN nəzarətə götürdü Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.
Hadisə bu gün axşam saatlarında “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib.
Dövlət qeydiyyat nişanı 10 UP 565 olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.
BNA-nın səlahiyyətli nümayəndələrinə qarşı qanuna zidd əməli törədən sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. Artıq zəruri tədbirlərin görülməsinə başlanılıb. Hadisəyə dərhal reaksiya verilərək nəzarətə götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər