İki yaşlı körpənin əməliyyatı üçün yığılan pullar oğurlandı

İki yaşlı körpənin əməliyyatı üçün yığılan pullar oğurlandı Azərbaycanda əzələ əriməsi xəstəliyindən əziyyət çəkən, 2 yaşlı Nərgiz Məmmədovanın müalicəsi üçün yığılan pullar oğurlanıb.
Bu barədə Tehsil-press.az-a Nərgizin anası Könül Məmmədova məlumat verib. O bildirib ki, hadisə Bakının Xətai rayonu, Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. Belə ki, bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən iki yaşlı Nərgizin müalicə və əməliyyat olunması üçün yığılan 20 min manat pul oğurlanıb.
“Nərgizin əməliyyatı üçün bank hesabı ilə yanaşı, bəzi şəxslər evimizə gələrək maddi yardımlar göstərirdilər. Təxminən, 20 min manata yaxın pul yığılmışdı. Həmin pulu yaxın günlər ərzində bank hesabına köçürəcəkdik. Hadisə dünən olub. Biz evdə yox idik. Evə gələndə gördük ki, pəncərə açıqdır. Pulları götürüb qaçıblar. İki ədəd 10 manatlıq əskinas isə oğurlanmış pulların arasından yerə səpələnib. Həmin naməlum şəxslər evdən ancaq pul götürüb. Baxmayaraq ki, qızıl sırğa və digər zinət əşayalar da var idi. Dərhal bu barədə polis əməkdaşlarına məlumat verdik. Onlar evə gələrək barmaq izlərini götürdülər. İnsan hansı vicdanın sahibi olmalıdır ki, ağır xəstəlikdən əziyyət çəkən iki yaşlı körpənin əməliyyatı üçün yığılan pulları oğurlasın. Mətbuatdan da məsələyə biganə qalmamağı xahiş edirik”.
Qeyd edək ki, 2016-cı ilı təvəllüdlü Nərgiz Məmmədova “Spinal Muscular Atrophy” (Əzələ əriməsi) xəstəliyindən əziyyət çəkir.
Nərgiz Məmmədovun həyatda yaşamasına vəsilə olanlar aşağıdakı bank hesabı vasitəsilə istədikləri məbləğdə yardım edə bilərlər:
“Bank Kapital”-4169733213230761 Şəxsiyyət vəsiqəsi: AZE N*17086133
FOR EUR Raiffeisen Bank International
AG,Vienna,Austria,SWIFT Code:RZBAATWW.Corr.account:070-55.075.527.
FOR USD Raiffeisen Bank International
AG,Vienna,Austria,SWIFT Code:RZBAATWW.Corr.account:070-55.075.527.
AT27310000705
Əlaqə tel: (050) 862 52 18 – Nərgizin anası

Tehsil-press.az


Oxşar xəbərlər