Dağlıq Qarabağ probleminin həllində daha qəti və kəsərli üsullara müraciət etmək, problemə yanaşmada hərbi faktorlara üstünlük vermək kimi çağırışlar heç də birmənalı qarşılanmır – hətta bunda da şübhəli motivlər axtaran, təxribat izi duyanlar tapılır.
Əlbəttə, müasir dünyada qərar qəbul etmək özü bir elmdir, hər bir ssenari üçün nəinki mümkün risklər, hətta fors-major situasiyalar belə ciddi şəkildə qiymətləndirilir və götür-qoy edilir.
Bu mənada Qarabağla bağlı qəbul edilmiş qərarlar da istisna deyil. Uzağa niyə gedək, ötən il ilk böyük hərbi təlimlərə start verilən zaman korrupsioner və səhlənkar məmurlar bizi elə gülünc vəziyyətə qoydu ki, pərtlikdən hələ də çıxa bilməmişik – bəli, Mingəçevir İES-dəki qəza nəticəsində ölkə bir neçə gün tamam iflic oldu...
Amma biz saatlarımızı korrupsioner və səhlənkar məmurların tempinə uyğun qura bilmərik, əks təqdirdə əbədilik gülünc vəziyyət qalarıq. Odur ki, insanlar təklif verməkdə, xüsusən də Dağlıq Qarabağ problemində on illərin ətalətindən çıxmağa, problemi daha kəsərli və təsirli üsullarla həll etməyə çağırmaqda davam edirlər.
Şəxsən biz bir vətəndaş olaraq bu çağırışlarda hansısa bəd niyyət görmürük, əksinə düşünürük ki, illərlə “Biz güclüyük, ordumuz hər bir vəzifəni yerinə yetirməyə qadirdir!” deyib durmaqla da problem çözülmür, bunun da bir sonu olmalıdır və biz sözdə yox, təcrübədə əmin olmalıyıq ki, elə həqiqətən də belədir.
Əlbəttə, indi Ermənistada fərqli bir situasiya yaranıb. Diqqət edin, demirik ki, yaxşı və ya pis, əlverişli və ya əlverişsiz situasiya yaranıb, hələ yalnız bunu deyirik ki, bu fərqli bir vəziyyətdir və “kartlar” yalnız təzəcə qədəm qoyduğumuz ildə açılacaq. Bu mənada heç sözsüz ki, yeni situasiyaya adekvat qərar vermək üçün bir az onun aydınlaşmasını, necə deyər, durulmasını gözləmək lazımdır.
Azərbaycanın siyasətindəki bəzi elementlərdən duyulur ki, Bakı Ermənistanın yeni hakimiyyətilə əməkdaşlığa və dialoqa hazırdır. Bəli, Ermənistanla sərhədin bir hissəsinin sərhəd qoşunlarına təhvil verilməsi, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyindəki dəyişikliklər və sözsüz ki, icmanın erməni icması ilə danışıqlara hazır olması haqdakı çağırışlar müəyyən mənada buna işarə sayıla bilər.
Amma heç şübhəsiz ki, perspektivdə çox şey Ermənistanın yeni hakimiyyətindən və xüsusən də N.Paşinyandan asılı olacaq.
Bir daha deyirik ki, otuz ildir ki, davam edən üç kompnentli (Rusiya, Ermənistan və Azərbaycan) münaqişənin arxitekturasında müəyyən dəyişiklikər duyulur, dəyişməyən və yaxud da dəyişməyi vəd etməyən yalnız Rusiyadır. Elə bu yaxınlarda bu ölkənin XİN-nin sözçüsünün bir daha “Rusiya Minsk Qrupunun həmsədri kimi ondan asılı olan hər şeyi edəcək” deməsi əslində Kremlin ikiüzlüyünün ən bariz nümunəsidir- ona görə ki, uşağa da bəllidi ki, problemin həlli bilavasitə Moskvadan asılıdı.
Amma burada da bir detal var. Hələki Kremllə yeni Ermənistan hakimiyyəti arasında anlaşma alınmır və ümumiyyətlə, onun alınacağı heç də ehtimallı görünmür: yaxın günlərdə Moskvaya səfərdən qayıdan N.Paşinyanın “Ondan danışmadıq, bundan danışmadıq!” kimi “açıqlama”ların dinləyəndə adamda ixtiyarsız olaraq bir sual yaranırdı: “Siz, ümumiyyətlə, nədənsə danışdınızmı?” Üstəlik, görüşdən dərhal sonra V.Putinin eks-prezident R.Koçaryanı Milad və Yeni il bayramları münasibətilə təbrik etməsi bir daha göstərir ki, Moskva hansısa yeni bir ssenari üzərində işləyir. Amma hansı? Təəssüf ki, bununla bağlı yalnız və yalnız təxminlər mövcuddur.
Aydın məsələdir ki, əgər İrəvan Moskvanın nəzarətindən çıxmağa başlayarsa o halda Kreml də Dağlıq Qarabağı Ermənistanın nəzarətindən çıxarmağa çalışacaq. Di gəl ki, bunu elə edəcəkdir ki, nəticədə bölgəyə özünün nəzarətini itirməsin.
Məsələn, hətta Belarus prezidentinin də bu yaxınlardakı açıqlamalarından belə məlum oldu ki, kənar beş rayonun Azərbaycana qaytarılması belə müəyyən şərt daxilində - Qarabağda rus və ya rus-belarus “sülhməramlı”larının yerləşdirilməsi şərtilə düşünülürdü. Əslində belə olmalıdır; Stalin vaxtilə rus imperiyasına təkcə nüvə silahı və raketlər bəxş etmədi, onun üçün həm də elə xəritə cızdı ki, bu xəritənin köməyilə imperiya nəinki öz daxilində, hətta kənar ətraflardakı vəziyyəti hələ uzun müddət idarə edə və tənzimləyə biləcək.
Odur ki, biz də heç olmasa, problemə yanaşmamızdakı infantilizmə, xəyalpərvərliyə və sadəlövhlüyə son deməliyik: Dağlıq Qarabağ heç bir halda hədiyyə edilməyəcək, Dağlıq Qarabağ geri yalnız alına bilər. Odur ki, xəyallar aləmindən qopub bunun yollarını aramağa çalışmalıyıq.
Bir daha deyirik ki, hələki məchulluq yalnız Ermənistan tərəfdədir, amma onların da məramı uzağı təzəcə qədəm qoyduğumuz ildə tamam aşkar oluncaqdır. Əgər Paşinyanla Putin arasında anlaşma alınmsa, o halda Kreml “yaşıl işıq” yandıracaq, amma müəyyən şərtlər daxilində.
Hətta ola bilsin ki, şərtlərin içində daha qabarıq bir şəkildə azad edilmiş beş rayonun əvəzində bölgədə rus “sülhməramlı”larının yerləşdirilməsi tələbi daha önə keçsin, hərçənd, KTMT-na və Avrasiya Birliyinə üzvlük də Kreml üçün önəmsiz deyildir.
Qeyd etmək lazımdır ki, bunu digər MDB ölkələri də, xüsusən də Mərkəzi Asiya ölkələri çox istəyirlər, çünki bu da onların özlərini sığortalamaq yollarından biridir – ilk baxışda mübahisəli görünə bilər, amma Azərbaycanın həmin ölkələrə ciddi qiyabi təsiri var, özü də təkcə geosiyasi mənada (Z.Bjezinski Azərbaycana Mərkəzi Asiyanı Qərblə birləşdirən ən ciddi həlqə kimi baxırdı), həm də daxili siyasi atmosfer və daxili siyasi seçim mənasında...

Hüseynbala Səlimov