ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub

ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq Şuranın ulu öndər Heydər Əliyevin cəmiyyətin inkişafında gördüyü işlərin çox məntiqli və sistemli şəkildə davamı kimi özünü göstərdiyini bildirib:
“Bu, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və tövsiyəsi ilə yaradılan Şuradır. Dövlət dəstəyi, cəmiyyətdə gedən proseslərin, ideyaların, layihələrin üzə çıxmasına, reallaşmasına öz ciddi töhfələrini verib. Elə güman edirəm ki, ağıllı, şüurlu, gələcəyi düşünə bilən, ideyalarını həyata keçirmək üçün canında coşqunluq olan tələbələrimiz bugünkü təqdimatda çox şey öyrənəcəklər. Mənə, həmkarlarıma müəllim və tələbələrimiz tez-tez müxtəlif layihələr üçün müraciət edirlər. Həmin ideyaların cücərməsi, onların ardınca getməyiniz şansınızı həyata keçirmək üçün Dövlət Dəstəyi Şurası özü universitetə gəlib. Şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə layiq mövqe tutması üçün ulu öndərdən bu zamana gələn tövsiyələri həyata keçirmək işində çox böyük əzmlə fədakarlıq göstərir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib:
“ADU-da olmaq bizim üçün xüsusi əhəmiyyətlidir. Ona görə ki, bu universitetin məzunları Azərbaycanı yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət sizi dəvət edir ki, cəmiyyətin inkişafında sizi, ictimaiyyəti maraqlandıran problemlərin həllində iştirak etsin. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin. Ona görə də Şura öz fəaliyyətini daim yeniləməyə çalışır”.
A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müraciətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramını ictimaiyyətə təqdimatına başlanıb.
Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümayiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən ADU-nun tələbəsi Nuranə Mustafayeva e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub

Oxşar xəbərlər