Türkiyənin iki böyük şəhəri sulara qərq oldu

Türkiyənin iki böyük şəhəri sulara qərq oldu İstanbulun Pendik rayonunda güclü yağış bir sıra fəsadlar törədib.
Nəticədə məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb. Bu səbəbdən məktəbdən uşaqlar təxliyyə edilib.
Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da boşaldılıb. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.
Analoji hadisə İzmirin Ödemiş qəsəbəsində də yaşanıb. Günorta saatlarından başlayaraq 1 saatdan çox yağan güclü yağış nəticəsində avtomobillər, əkin sahələri, mağazalar, çay evləri su altında qalıb.
Hazırda aidiyyatı qurumlar tərəfindən hər iki bölgədə fəsadların aradan qaldırılması işləri fasiləsiz davam etdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər