“Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamı görkəmli ədibin irsinə göstərilən yüksək hörmət və ehtiramın, dərin məhəbbət və qayğının bariz ifadəsidir. Sərəncama əsasən respublikanın elm və təhsil müəssisələrində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir, eləcə də böyük yazıçının özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edən, dərin humanist məzmuna malik olan qiymətli dram və nəsr əsərləri, parlaq publisistikası haqqında məqalələr yazılır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Cəlil Məmmədquluzadə ucalığı” sərlövhəli məqaləsini təqdim edirik.
Görkəmli yazıçı və dramaturq, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatının nüfuzlu nümayəndələrindən biri Cəlil Məmmədquluzadə ədəbiyyatımızın inkişafı, ana dilimizin saflığı uğrunda fədakarcasına mübarizə aparan, xalqın milli düşüncəsinin formalaşmasında xüsusi xidməti olan ədəbi simalardandır. Çoxşaxəli yaradıcılığını Azərbaycan xalqının, onun dilinin, mədəniyyətinin inkişafına həsr edən Mirzə Cəlil elmi-ictimai həyatda yüksək zirvələr fəth edib.
Bəli, Azərbaycan ədəbiyyatının klassiklərinin ədəbi irsinə, onların yaradıcılığının elmi tədqiqinə dövlət tərəfindən həmişə böyük həssaslıqla yanaşılıb, geniş məkanda təbliğinə şərait yaradılıb, onların adları əbədiləşdirilib və heykəlləri ucaldılıb. Böyük realist yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı əvəzsiz xidmətləri də dövlət səviyyəsində həmişə yüksək qiymətləndirilib. Onun əsərləri bir sıra dillərə tərcümə edilib. Xatirəsini əbədiləşdirmək üçün Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə Cəlil Məmmədquluzadənin adı verilib. 1967-ci ildə Mirzə Cəlilin şərəfinə keçmiş Astraxan rayonu və şəhəri Cəlilabad, Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb, Naxçıvanda və Cəlilabadda heykəli ucaldılıb. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində böyük ustadın xatirə muzeyləri açılıb.
1999-cu ildə ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında iştirak edib. Ölkəmizdə görkəmli ədib Mirzə Cəlilin anadan olmasının 100, 125, 140 illik yubileyləri təntənəli şəkildə qeyd olunub.
Ulu Öndərin layiqli davamçısı - ölkə başçısı İlham Əliyevin 2006-cı il yanvarın 23-də imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama əsasən görkəmli ədibin yaratdığı həmin satirik jurnalın 100 illiyi dövlət səviyyəsində qeyd edilib.
Mirzə Cəlilin nəşr etdirdiyi “Molla Nəsrəddin” məcmuəsi Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərib, Vətənə bağlılığı, ana dilinə sevgisi ilə seçilib, Azərbaycanın ictimai fikrinin formalaşmasında müstəsna rol oynayıb.
Cəlil Məmmədquluzadənin çoxcəhətli və zəngin ədəbi irsinə yüksək qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir".
Böyük ədibin nəşr etdirdiyi “Molla Nəsrəddin” məcmuəsi M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlı, Ə.Nəzmi kimi Azərbaycan ədəbiyyatının öncül yazıçı və şairlərini öz ətrafında toplayaraq onları geniş oxucu kütləsinə tanıtdırıb.
“Molla Nəsrəddin” məcmuəsi geniş oxucu kütlələrinin zövqünü oxşayırdı, dili sadə və təbii idi. Görkəmli ədib yazırdı: “Bu dil ki, biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümumi türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyildik. Bizim şüarımız dil yaratmaq deyil, ancaq öz fikrimizi, dərdi-dilimizi camaat başa düşən asan bir dildə Azərbaycan türklərinə yetirmək idi”.
Jurnalda dini rəzalətdən xilas olmağa çağıran, imperializmi ifşa edən, ana dilini, qadın azadlığını təbliğ edən əsərlərə geniş yer verilirdi. Cəlil Məmmədquluzadə məcmuədə “Köhnə dərdim” məqaləsində qadın azadlığı məsələsinə toxunurdu: “Şərq qadını məsələsi mənim köhnə dərdimdir... Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən?.. Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən…”
Mirzə Cəlil ana dilinin saflığı, sadə, canlı xalq dili, yad ərəb, fars, osmanlı ünsürlərin dilimizdən çıxarılması uğrunda yorulmadan mübarizə aparıb. Görkəmli dramaturq bu haqda yazırdı: “Biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilimizdə yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili adı qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı “ana” da yazırıq. “Ana”nı “madər” yazanlar və “ata”nı “pədər” yazanlar qeyri-Azərbaycan sözlərini və habelə səbəbsiz yerə fars və ərəb sözlərinə dəyişdirdilər və hətta hər gün yediyimiz “çörəyi” bəyənməyib “nan” yeyirdilər və indi də yeyirlər”.
Böyük ədib “Əlifba”, “Dil”, “Bizim obrazovannılar”, “Osmanlı dili”, “Dili tutulub”, “Sirkə” və “Mustafabəy Əlibəyov” adlı felyetonlarında ana dilinə və bu dildə danışanlara xor baxanları, sadə xalq dilində yazmağı, danışmağı savadsızlıq sayanları kəskin şəkildə tənqid edib. O yazırdı: “Bir məqalə, yaxud bir məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca fars və ərəb kəlməsi işlədim. Açıq yazmaq savadsızların peşəsidir və tarixdə də görürük ki, böyük alim və mütəxəssis adamlar sadə yazmağı eyib tutublar. Hər kəs yüzdən doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə, heç kəs ona alim deməyəcək, avamın və kəndlinin canı cəhənnəmə! Mənə çox lazımdır ki, o mənim yazdıqlarımı başa düşəcək, ya da düşməyəcək! Mənə ancaq bu lazımdır ki, mənim yazılarımı oxuyanda desinlər: pəh-pəh, gör ərəb dilini nə yaxşı bilir!”
Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının 13 yanvar 1913-cü il tarixli 1-ci sayında çap olunan "Əlifba" məqaləsində də ana dilində danışanlara xor baxanları tənqid atəşinə tutub: "... Bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə, bizlər də öz dilimizdə danışmaqdan utanırıq. Və balaca oğlumuz 4 yaşa çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə alsın. Bəli, bu 4 yaşında oğlumuz gərək 10 ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın bərəkətindən müsəlmanzad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı aldı və inşallah bunların yenə 4 yaşında uşaqları oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin. Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili? Qardaş zarafat deyil ki, dilimizdən iyrənirik vəssalam!"
Cəlil Məmmədquluzadə, həmçinin demokratizm və azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayıb.
Böyük ədib "Molla Nəsrəddin" jurnalının 27 noyabr 1917-ci il 24-cü sayında çap olunan və azərbaycançılıq konsepsiyasının bəyannaməsi adlandırılan “Azərbaycan” məqaləsində yazırdı: “Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı… buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz?”
Cəlil Məmmədquluzadənin dərin məzmunlu, tərbiyəvi önəm daşıyan, azərbaycançılıq əqidəsinə və düşüncəsinə həsr olunan "Anamın kitabı" pyesi haqqında Mirzə Cəlilin böyük tədqiqatçısı, akademik İsa Həbibbəylinin mülahizəsi diqqətəlayiqdir: “...Anamın kitabı” – milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir. Cəlil Məmmədquluzadə bu əsərlə həm də Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyasının əsas yaradıcılarından olduğunu isbat etmişdir. Bütün bunlara görə, "Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatının ən möhtəşəm azərbaycançılıq abidəsidir. Bu əsər Azərbaycan ədəbiyyatının sonrakı inkişafına çox təsir göstərmiş, bədii düşüncədə və ictimai fikirdə azərbaycançılığın genişlənməsində mühüm rol oynamışdır. "Anamın kitabı”ndan Azərbaycan ədəbiyyatına gur işıq düşmüşdür”.
Mirzə Cəlil həm də ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoymuşdur. Xalqın vətənpərvərlik, azadlıq ruhunda maariflənməsi, demokratik cəmiyyət quruluşunun mahiyyətini açılması görkəmli ədibin məşhur "Cümhuriyyət'' məqaləsində öz əksini tapıb: "Cümhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birlik azadlığı, söz azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır”.
Böyük ədib Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı Məmməd Cəfər, Qulam Məmmədli, Əziz Mirəhmədov, Əziz Şərif, İsa Həbibbəyli kimi görkəmli ədəbiyyatşünaslar tərəfindən müfəssəl şəkildə öyrənilib.
XX əsrin əvvəllərində məktəblərin açılması, ana dilində kitab və dərsliklərin hazırlanması, mətbuatın genişlənməsi, mədəni təşkilatların yaranması və s. ədəbi dilin inkişafına təsir edən ən mühüm faktorlardan biridir. Qeyd etməliyik ki, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə Əhməd Cavad kimi görkəmli ədib və ictimai-siyasi xadimləri ədəbi dil uğrunda daim mübarizə aparırdılar.
XX əsr Azərbaycan ədəbiyyatında müstəsna xidmətlər göstərən, xalqımıza zəngin, mədəni irs bəxş edən, ölməz əsərləri ilə xalqı mədəni inkişafa aparan, görkəmli yazıçı, publisist, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin xatirəsi daim ürəklərdə ucalacaqdır.
Məqaləni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyеvin Cəlil Məmmədquluzadə şəxsiyyətinə və irsinə verdiyi ən yüksək dəyərlə bitirirəm: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o, bizim müasirimizdir, o, bu gün bizimlədir, bizim sıramızdadır”.
Tehsil-press.az