Avqustun 6-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlanıb.
Milli Gimnastika Arenasında təşkil edilən yarışda dünyanın çoxsaylı ölkələrindən məktəblilər bilik və bacarıqlarını sınayırlar.
1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.
Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.
Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Xatırladaq ki, olimpiadanın açılış mərasimi Bakı Konqres Mərkəzində təşkil edilib. Bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Məktəblilər “Atletlər kəndi”ndə yerləşdirilib. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərir və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və digər məkanlara ekskursiyalar təşkil olunacaq.
Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.
Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir.
İctimai Televiziya olimpiadanın baş media tərəfdaşıdır.
Tehsil-press.az