Pirotexniki vasitə satan 30 nəfər saxlanılıb

Pirotexniki vasitə satan 30 nəfər saxlanılıb Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Dekabrın 31-də polis əməkdaşları tərəfindən keçirilmiş silsilə tədbirlər nəticəsində respublika ərazisində 30 nəfər yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulatların satışı ilə məşğul olduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.

Tehsil-press.az

Oxşar xəbərlər