Narkotik vasitə ilə yaxalandı - Oğurluq etdiyi də bilindi

Narkotik vasitə ilə yaxalandı - Oğurluq etdiyi də bilindi Bakıda narkotik vasitə ilə tutulmuş şəxsin oğurluq da etdiyi müəyyən olunub.
Məlumata əsasən, Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş H.Bilalovun ətrafında əməliyyat tədbirləri aparılıb. Bildirilir ki, nəticədə onun Binəqədi qəsəbəsi ərazisindəki 4 market 1 həyətyanı sahə, 2 mağazadan pul, mobil telefon, ərzaq məhsulları, danışıq kartları, tütün məmulatları və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Tehsil-press.az

Oxşar xəbərlər