Azərbaycan Dillər Universitetində onlayn dərslər davam edir

Azərbaycan Dillər Universitetində onlayn dərslər davam edir Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi professor-müəllim heyəti ilə tələbələr arasında onlayn dərsləri davam etdirir.
Dərs cədvəlinə uyğun olaraq tələbələrə lazım olan dərs vəsaitləri elektronlaşdırılıb və xüsusi keçidlər (linklər) şəkilində Magistratura şöbəsinin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
Distant təhsil prosesində öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə daha operativ şəkildə təşkil olunması üçün digər lazımi tədbirlər görülür.

Tehsil-press.az

Oxşar xəbərlər