Ölkədə koronavirusa yoluxma hallarının daha da artması, açıq və qapalı məkanlarda tibbi maskalardan istifadənin məcburi olması bu qoruyucu vasitələrə tələbatı da çoxaldıb.
Bəs bu gün ölkədə maska istehsalı ilə bağlı vəziyyət necədir?
“Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva cavablandırıb.
Onun sözlərinə görə, bu gün MMC-nin nəzdində tibbi maska istehsalı müəssisəsi ölkə təlabatını ödəyir və istehsalda heç bir problem yoxdur:
“Müəssisədə normal qaydada gündəlik 400 min maska istehsal olunur. Hazırda 1 milyon ədəd maska, 8 milyon isə xammal ehtiyatımız var. İstehsalat prosesi tam gücü ilə gedir və gündəlik 700-800 min tələbat olduqda belə onu qarşılayır. Bundan əlavə maska zavodunda tibbi baş geyim, kombinezon və birdəfəlik istifadə üçün cərrahi önlüklər də istehsal olunur. Cəmiyyət arasında bunlara da tələbat var və istehsalı norma qaydada davam edir”.
S.Babayeva qeyd edib ki, gələcəkdə maskaya tələbat çoxalarsa, bunun üçün yeni ehtiyat fondu yaradılmalıdır:
“Əlbəttə bu, hökumət səviyyəsində hazırlanacaq bir ehtiyat fondu olmalıdır. Belə ki, bizim özümüzün hazırda ehtiyat olaraq 10 milyona yaxın maska üçün xammalımız var, ancaq daha artığına gücümüz çatmaz. Ona görə də gələcəkdə ehtiyac artarsa, bunun üçün dövlətin də dəstəyi olmalıdır”.
Tehsil-press.az