Xəzər Universiteti İqtisadiyyat və Menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı və M.Ə.Sabir Fondunun prezidenti, Bakı Dövlət Universitetinin dosenti Sevda Tahirlinin moderatorluğu ilə “Azərbaycan poeziyasında M.Ə.Sabir mərhələsi” mövzusunda inteqrativ onlayn dərs keçirilib.
Dərsə Humanitar, Təhsil və Sosial elmlər, Təbiət elmləri və Mühəndislik fakültələrinin yuxarı kurs tələbələri və Polşa, Türkiyə universitetlərindən də tələbələr qatılıb.
M.Ə.Sabir poeziyasının Azərbaycan bədii və ictimai fikrinin inkişafında müstəsna rolundan danışan fənn müəllimi Q.Əzizxanlı M.Ə.Sabir sənətkarlığı ilə Nizami, Füzuli yaradıcılığı, habelə dünya ədəbiyyatı nümunələri arasında maraqlı müqayisələr aparıb.
Dahi şairin nəvəsi S.Tahirli M.Ə.Sabir bioqrafiyasının ictimaiyyətə az məlum olan tərəflərinə işıq salan təqdimatla çıxış edərək, şairdən yadigar qalan xatirə əşyasını ilk dəfə Xəzər Universitetinin tələbələrinə nümayiş etdirib.
Xəzər Universitetinin tələbələrindən Şahin Əliyevlə Elvin Məmmədsalahovun M.Ə.Sabir yaradıcılığına həsr olunmuş təqdimatları, Tacir Həşimov, Günel Məmmədova, Tayfun Mirzəyev, Aydan Nağıyeva, Aytac Şıxıyeva, Zərbab Nəsirli və Varşava Universitetinin magistr tələbəsi Gilan Əzizxanlının çıxışları maraqla dinlənilib.
Tehsil-press.az