Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur

Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur Rusiyada “An-26” tipli sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka əyaləti üzrə Baş idarəsinin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, 6 iyul tarixində Petropavlovsk-Kamçatka-Palana reysi üzrə sərnişin daşıyan “An-26” təyyarəsi plan üzrə nəzərdə tutulan vaxtda əlaqə yaratmayıb.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 1 uşaq, 6 heyət üzvü də daxil olmaqla 22 sərnişin var.
Petropavlovsk-Kamçatska ərazisindən və Ossora qəsəbəsindən regional axtarış-xilasetmə bazasının xilasediciləri təyyarənin axtarışına başlayıb. FHN-in Kamçatka əyaləti üzrə axtarış-xilasetmə qrupları da axtarışlara qoşulub.
Həmçinin qeyd olunur ki, tələb olunarsa, axtarışlar zamanı “Mi-8” vertolyotu və “İl-38” hərbi təyyarələrindən də istifadə olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər