Azərbaycan Dillər Universitetində (ADU) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və universitetin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla kitabın əhəmiyyətindən danışıb. Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm Zəfərə kitablar, salnamələr həsr olunduğunu, bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının öz aktuallığı ilə seçildiyini deyib: “44 günlük Zəfər savaşında insan faktorunun vacibliyini, əhəmiyyətini gördük. Prezident İlham Əliyev hər bir əsgərə, hər bir zabitə öz şəxsi timsalında nümunə oldu və bu kitab məhz şəxsiyyət faktorunu, şəxsiyyətin rolu ilə bağlı vacib məsələləri diqqətə çatdırır. Kitab ingilis dilində olduğu üçün dünya auditoriyasını əhatə etmiş olur. Bu da özlüyündə əlamətdar bir haldır. Bu kitabın ideya müəlliflərinə, onu ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov kitabın Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olduğunu deyib. Bildirib ki, kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əks olunub. Kitabın Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşr edildiyini və hazırda ərəb və fars dillərində çapı ilə bağlı işlərə başlanıldığını söyləyib. Qeyd edib ki, kitabda, həmçinin Heydər Əliyev Fondunun azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
ADU-nun BM və Regionşünaslıq fakültəsinin müəllimi Ramin Quliyev kitabın dünya ictimaiyyətinə çatdırılması üçün bir çox dillərdə çap edilməsinin olduqca vacib faktorlardan biri olduğunu deyib. Bildirib ki, 44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl ölkənin siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyi ilə bağlıdır. Qeyd edib ki, müstəqilliyimizin bərpasından keçən 30 il ərzində ölkəmizin iqtisadi qüdrəti daim yüksəlib və regionun lider dövlətinə çevrilib.
BM və Regionşünaslıq fakültəsinin tələbəsi Sübhan Orucov, Beynəlxalq münasibətlər kafedrasının doktorantı Aynur İsayeva, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, ADU-nun ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova, ADU-nun Beynəlxalq şöbəsinin müdiri Fialə Abdullayeva kitabla bağlı fikirlərini bölüşüblər. Xarici dilin tədrisi metodikası və metodologiyası ixtisasının magistri Habil Rzayev kitabla bağlı düşüncələrini ingilis dilində təqdim edib. Bildiriblər ki, kitabda Ermənistanın Azərbaycana təcavüzü, Vətən müharibəsindəki şanlı Qələbəmiz, qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti geniş və ətraflı işıqlandırılıb.
Qeyd edək ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırkı dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.
Tehsil-press.az