ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Cozef Baydenin San-Fransiskoda keçiriləcək görüşü dünya iqtisadiyyatına sabitləşdirici təsir göstərəcək.
Bu barədə “Global Times” qəzetinin Çin-ABŞ sammiti ərəfəsində dərc etdiyi məqalədə deyilir.
ABŞ və Çin liderləri noyabrın 15-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşmək niyyətindədir. Vaşinqtondan verilən məlumata görə, tərəflər münasibətlərin inkişafı, Ukrayna müharibəsi və bir çox digər məsələləri müzakirə etməyi planlaşdırır.
“Görüş zamanı “Vahid Çin” prinsipinə və Tayvan boğazında status-kvonun saxlanmasına sadiqliyini bir daha təsdiqləyəcək Birləşmiş Ştatlar “Tayvan administrasiyası rəhbərinin seçilməsinə hər hansı bir müdaxilənin Vaşinqtonun ciddi narahatlığına səbəb olacağını qarşı tərəfə çatdırmaq niyyətindədir”, - deyə məlumatda bildirilir.
Tehsil-press.az