Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin dördüncü görüşü keçirilib. Layihənin növbəti qonağı BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev olub.
Əliş Ağamirzəyev “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü milli ruhun, azərbaycançılıq ideologiyasının inkişafı ilə xarakterizə edilir: “1969-cu ildən başlayaraq Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə dövlət mükafatlarının verilməsi, onlara hərtərəfli qayğının artırılması və yaradıcılıq uğurlarının dövlət səviyyəsində qeyd olunması təmin olundu. Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması Ulu Öndərin milli maraqları müdafiə etdiyinin bariz nümunısi idi. Dahi rəhbərin Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki çıxışını Azərbaycan dilində etməsi keçmiş ittifaq səviyyəsində böyük ajiotaja səbəb olmuşdu”.
Azərbaycanda jurnalist kadrların hazırlanmasında BDU-nun Jurnalistika fakültəsinin xüsusi roluna toxunan Əliş Ağamirzəyev Ulu Öndərin təşəbbüsü ilə keçmiş ittifaq dövründə tələbələrin təhsillərini davam etdirmələri üçün Moskva və Sankt-Peterburq Dövlət Universitetlərinin Jurnalistika fakültələrinə göndərildiyini qeyd edib: “Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda çap mediası, televiziya və radioya olan dövlət dəstəyinin artırılması nəticəsində bu gün mətbuatımız inkişaf mərhələsini yaşayır. 1998-ci ildə senzuranın ləğvi gələn il 150 illiyini qeyd edəcəyimiz Azərbaycan mətbuatı üçün ən uğurlu səhifədir. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində məlumat azadlığının təsbit edilməsi də azad mətbuata etimadın göstəricisi idi. 2000-2001-ci illərdə Ulu Öndərin sərəncamı ilə qəzetlərin borclarının dondurulması və ardınca dövlət büdcəsi hesabına ödənilməsi KİV-ə dövlət dəstəyinin ən uğurlu nümunəsidir. Təsadüfi deyil ki, “Jurnalistlərin dostu” mükafatının ilk laureatı da elə Ulu Öndər Heydər Əliyev olub”.
Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az