
Qonaqları salamlayan rektor Elçin Babayev Qazaxıstan universitetlərinin BDU-nun beynəlxalq əlaqələrində xüsusi çəkiyə malik olduğunu bildirib. Bu baxımdan Atırau Neft və Qaz Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsindən gözləntilərin böyük olduğunu, bunun iki qardaş ölkə arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Qonaqlar BDU ilə elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin vacibliyini bildirib, Atırau Neft və Qaz Universitetinin əlavə təhsil sahəsində təcrübəsini bölüşüblər.
Tehsil-press.az