Şagirdlərimizin uğurları davam edir

Şagirdlərimizin uğurları davam edir Bildiyimiz kimi, 3-10 dekabr tarixlərində U.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Akademik Xalq və Caz Musiqisi” Respublika Festivalı baş tutub.
Festivalda Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərinin şagirdləri də iştirak edərək uğurla çıxış edib.
Belə ki, festivala qatılan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin IV sinif şagirdi Nuray Allahverdiyeva və III sinif şagirdi Fatimə Abasova festivalın diplomantları adına layiq görülüblər.
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin şagirdləri Murad Muradov, Zemfira Zəkizadə, Aylin Rüstəmli və Aytac Vəlizadə tərifnamə ilə təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti



Şagirdlərimizin uğurları davam edirŞagirdlərimizin uğurları davam edirŞagirdlərimizin uğurları davam edirŞagirdlərimizin uğurları davam edir

Oxşar xəbərlər