Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası ilə birgə "Aerolux Touristic Services" (ATS) şirkətinin özünü hansı səbəbdən müflis elan etməsini araşdıracaq. Bu barədə Trend-ə Assosiasiyanın rəhbəri Nahid Bağırov deyib.
N.Bağırov bildirib: “Şirkət iki gün öncə özünü müflis elan etməsinə baxmayaraq, bundan bir neçə gün öncə müxtəlif istiqamətlərdə turlar üçün turistlərdən ödəniş qəbul edib. Düşünürəm ki, bu müflisləşmə öncədən düşünülüb, çünki belə qərarlar bir günün içində qəbul edilmir. Assosiasiya Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu məsələni araşdıracaq”.
N.Bağırov turizm sahəsində fırıldaqçılıq hallarına tez-tez rast gəlindiyini də istisna etməyib: “Çox vaxt turistlər ucuz qiymət arxasınca düşərkən belə fırıldaqçılara rast gəlirlər. Belə məsələlərdə vətəndaşlar diqqətli olmalıdırlar”.
Xatırladaq ki, "Aerolux Touristic Services" Azərbaycanda 10 ildən artrıqdır fəaliyyət göstərib. Şirkət əsasən Monteneqro və Türkiyə istiqamətində tur xidmətlər təklif edib. Şirkət ötən həftə özünü müflis elan etməsinin səbəbi kimi turizm məhsullarına tələbatın azalmasını göstərib.
Tehsil-press.az