Noyabrın 1-dən Bakı və Abşeronda, dekabrın 1-dən isə respublika üzrə analoq yayımın dayandırılması və tam olaraq rəqəmli yayıma keçid planlaşdırılır.
Milli Televiziya və Radio Şurasının Texniki şöbəsindən Tehsil-press.az-a bildirilib ki, rəqəmli yayımın analoq yayımla müqayisədə bir çox üstünlükləri var. İlk növbədə səs və görüntü rəqəmli yayımla daha ketfiyyətli ötürülür: "Məsələn, analoq yayım zamanı dağlıq ərazilərdə və ya hündürmərtəbəli binaların olduğu ərazilərdə siqnalın səviyyəsi dəyişir. Dağ və yaxud da hündürmərtəbəli bina dalğanın qarşısını kəsir. Bu da həm səsin, həm də görüntünün keyfiyyətsiz olmasına səbəb olurdu. Ancaq rəqəmli yayımda keyfiyyətsiz siqnal olmur. Ya siqnal tam keyfiyyəti ilə gedir, ya da getmir".
Şöbədən həmçinin bildirilib ki, rəqəmli yayımın ən böyük üstünlüklərindən biri yayımı paket şəklində həyata keçirməkdir: "Analoqda belədir ki, hər kanal üçün bir tezlik ayrılır. Ancaq rəqəmli yaymda bir tezlikdə paket şəklində 10 kanal yerləşdirmək mümkündür. Bunun həm iqtisadi, həm enerji tələbatı və digər cəhətlərdən üstünlükləri var".
Texniki şöbədən o da əlavə olunub ki, respublika üzrə analoq yayım dayandırıldıqdan sonra da kabel televiziyalarında analoq yayım davam edəcək. Yəni kabel televiziyaları həm rəqəmli, həm də analoq yayımı həyata keçirəcəklər.
Çünki kabel yayımçıları siqnalı qəbul edir, sonra onu formalaşdırıb paket halına salır, həm analoq, həm də rəqəmli formada ötürə bilir. Kabel televiziyaları abonentləri ilə də müqavilə bağlayanda rəqəmli və analoq yayımın həyata keçirilməsini təklif edir.
Tehsil-press.az