Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq memorandumu imzalanıb.
Dövlət Agentliyinin inzibati binasında keçirilən tədbirdə əməkdaşlıq memorondumu ATU-nun rektoru, professor Akif Süleymanov və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev tərəfindən imzalanıb. Memoronduma əsasən ATU “ABAD”ın regionlarda həyata keçirdiyi layihələrə təsərrüfatların təhlilini aparmaqla, eləcə də texnoloq və ekspert təminatı ilə dəstək verəcək. İki qurum eyni zamanda ATU tələbələrinin “ABAD” layihələrində təcrübə keçməsi və digər istiqamətlərdə də əməkdaşlıq edəcəklər.
Bundan əvvəl isə tərəflər arasında Gəncədə, ATU-da görüş keçirilib. "ABAD"ın rəhbər heyətini qəbul edən ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, ali təhsil ocağı son illərdə sənaye müəssisələri, istehsalat sahələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Universitetin alimləri, mütəxəssisləri bir çox istehsalat müəssisəsinin işinin təkmilləşdirilməsində öz nəzəri və praktik bilikləri ilə iştirak edir. "ABAD"ın həyata keçirməyi planlaşdırdığı layihələrin xüsusiyyətləri də deməyə imkan verir ki, bu işdə ATU-nun mütəxəsisslərinin iştirakı prosesin daha sürətli və səmərəli reallaşdırılmasına zəmin yarada bilər.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev isə qeyd edib ki, yeni yaradılan qurumun qarşısında duran əsas vəzifə ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq istiqamətində sistemli tədbirlərin görülməsidir. ATU regionlarda ailə təsərrüfatlarının yaradılması üçün iqtisadi təhlil və sorğular keçirməklə, müəllimlərin ABAD layihələrində texnoloq, ekspert qismində iştirakını təmin etməklə, ailələr üçün texniki yardım, məsləhət, araşdırma xidmətləri göstərməklə, kiçik ailə biznesi startap günləri, sərgilər, maarifləndirici-texniki təlimlər təşkil etməklə bu prosesə böyük töhfə verə bilər.
ATU ilə "ABAD" arasında əməkdaşlığın bundan sonra görüşdə aparılan müzakirələr istiqamətində və memorandumda nəzərdə tutulan müddəalar əsasında genişləndirilməsi və inkişaf etdirilməsi nzəərdə tutulur.

ATU-nun Mətbuat Xidməti