TARİXDƏ BU GÜN - 17 YANVAR

TARİXDƏ BU GÜN - 17 YANVAR 1994-cü il. Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Horadiz qəsəbəsini və Araz çayı boyunca bir neçə kəndi ermənilərin işğalından azad ediblər.
TARİXDƏ BU GÜN - 17 YANVAR
1926-cı il. Tanınmış Azərbaycan şairəsi, Əməkdar İncəsənət Xadimi Mədinə Gülgünün (1926-1992) doğum günüdür. M.Gülgün 1938-ci ildə ailəsi ilə birlikdə Ərdəbil şəhərinə köçüb. Cənubi Azərbaycanın milli azadlığı və demokratiya uğrunda hərəkatın (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Azərbaycana qayıdıb. Vətən sevgisi mövzusunda şeir və poemaların müəllifidir.
TARİXDƏ BU GÜN - 17 YANVAR
1991-ci il. Fars körfəzində dislokasiya olunmuş çoxmillətli qüvvələr Küveytin azad edilməsi üzrə “Səhrada tufan” əməliyyatına başlayıblar. Uzunmüddətli aviasiya zərbələrindən və çoxmillətli qüvvələrin qoşunlarının bir neçə gün davam edən yerüstü əməliyyatından sonra tam və qəti qələbə qazanılıb. İraq Küveyti azad etmək və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələrini tanımaq məcburiyyətində qalıb.
TARİXDƏ BU GÜN - 17 YANVAR
1706-cı il. Amerika alimi, jurnalist, siyasi xadim Bencamin Franklin (1706-1790) anadan olub. O, müstəqil dövlət kimi Amerikanın əsasını qoyanlar arasında yeganə şəxsiyyətdir ki, bu ölkənin təməlində duran üç mühüm sənədi – Müstəqillik Bəyannaməsini, ABŞ Konstitusiyasını və Şimali Amerikada 13 müstəmləkənin Britaniyadan müstəqilliyi uğrunda müharibəni formal surətdə başa çatdıran 1783-cü il tarixli Versal sülh müqaviləsini imzalayıb.
TARİXDƏ BU GÜN - 17 YANVAR
1942-ci il. Amerika boksçusu, dünya boksu tarixində ən tanınmış idmançılardan biri, yarımağır çəkidə Olimpiya çempionu, üçqat dünya çempionu Məhəmməd Əlinin (1942-2016) doğum günüdür. M.Əli idman karyerası başa çatandan sonra ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub, UNESCO-nun xoşməramlı səfiri missiyasını yerinə yetirib.

Tehsil-press.az

Oxşar xəbərlər