Rəsmi Tehran İranda reslinq üzrə beynəlxalq turnirdə iştirak etməyə hazırlaşan ABŞ idmançılarına viza verməkdən imtina edib.
Tehsil-press.az-n məlumatına görə, İran Xarici İşlər Nazirliyindən ABŞ Prezidentinin mühacirlərlə bağlı fərmanına cavab olaraq bu addımın atıldığını bildiriblər:
"ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq, İran XİN amerikalı idmançılara viza verməməyə məcbur oldu".
Turnirin fevralın 16-17-də keçiriləcəyi bildirilir. Qeyd edək ki, D.Trampın imzaladığı fərmana əsasən İraq, İran, Suriya, Somali, Liviya, Sudan və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ-a gəlişi qadağan edilib.
Tehsil-press.az