TARİXDƏ BU GÜN - 7 FEVRAL

TARİXDƏ BU GÜN - 7 FEVRAL 1988-ci il.[/b] Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günüdür. Mübariz erməni silahlı qüvvələrinin hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub.
TARİXDƏ BU GÜN - 7 FEVRAL
[b]1919-cu il.[/b] Rejissor, aktyor və ssenarist Tofiq Tağızadənin (1919-1998) anadan olduğu gündür. Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən ki gözəl deyildim”, “Dədə Qorqud”, “Babamın babasının babası” və digər ekran əsərləri Azərbaycan kinosunun klassikasına çevrilib.
TARİXDƏ BU GÜN - 7 FEVRAL
[b]1907-ci il.[/b] Böyük Britaniyada qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə çərçivəsində Milli Qadın Cəmiyyətləri İttifaqı dünya tarixinə Çirkab marşı kimi daxil olan kütləvi yürüş təşkil edib. Həmin gün üç mindən çox qadın soyuqda Hayd-Parkdan tutmuş Ekseter-Holladək bərbad vəziyyətdə olan London küçələri ilə hərəkət etməli olub.
TARİXDƏ BU GÜN - 7 FEVRAL
[b]1812-ci il.[/b] Dünya ədəbiyyatının klassiki, ingilis yazıçısı Çarlz Dikkensin (1812-1870) doğum günüdür. Ç.Dikkens nəsrinə milli xarakterin orijinallığına təsir göstərmiş hazırcavablıq və bütün dünyada “ingilis yumoru” kimi məşhur olan təfəkkür tərzi xasdır. O, hələ həyatda ikən ən populyar ingilisdilli yazıçı sayılıb. “Pikvin klubunun qeydləri”, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Böyük ümidlər”, “İki şəhər haqqında povest” romanları Ç.Dikkensin ən məşhur əsərləridir.

Tehsil-press.az

Oxşar xəbərlər