Səhiyyə, təhsil və digər sosial sahələrdə işləyən şəxslər həbsdəki uşaqlara dəstək göstərməklə kifayətlənməli deyillər, onlar həm də müəyyən risk altına düşmə ehtimalı olan uşaqları müəyyən etməlidirlər.
Təhsil-press.az-ın məlumatına görə, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə sərəncamının ictimai müzakirəsi mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, risk altında olan ailələr və uşaqlar müvafiq qurumların birgə əməkdaşlığı ilə erkən mərhələdə müəyyən edilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevinin imzaladığı sərəncamı çox əhəmiyyətli hesab edən E.Karvardini qeyd edib ki, sərəncama əsasən cinayət törətmiş şəxslərlə bağlı alternativ yanaşmalar tətbiq edilməlidir.
Dünyada 1 milyondan çox uşağın həbsxanalarda saxlanıldığını deyən E.Karvardini əlavə edib ki, təcrübəyə əsasən, azadlıqdan məhrumetmə cəzasının tətbiq olunduğu ölkələrdə uşaqların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Buna görə də həm həbsxanaya düşən, həm də risk altında olan uşaqlar üçün dəstək proqramları həyata keçirilməlidir.
Ombudsman Elmira Süleymanova bildirib ki, qeyd edilən sərəncam olduqca əhəmiyyətlidir və o, bir sıra yeniliklərin tətbiqinə gətirib çıxaracaq.
Ombudsmanın sözlərinə görə, Azərbaycan müstəqillik illərində 230-dan çox beynəlxalq konvensiyaya qoşulub.
Azərbaycanda yeni əfv institutunun formalaşdığını deyən E.Süleymanova bildirib ki, indiyə kimi ölkədə 10 amnistiya aktı, 60-dan çox əfv tətbiq olunub. Nəticədə minlərlə insan azadlığa qovuşub.
Təhsil-press.az