Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib - RƏSMİ

Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib - RƏSMİ "Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluqdərhal cinayət işi qaldırıb".
Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, həmin şəxslər beynəlxalq axtarışa verilib: "Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcək, onlar haqqında cinayət işi başlayacaq".

Təhsil-press.az

Oxşar xəbərlər