ADU-da “Kamança” pyesi səhnələşdirilib

ADU-da “Kamança” pyesi səhnələşdirilib Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib.
Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, qeyd edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan xalqının başına gələn müsibətlərin, ağrıların cavabı ola biləcək aksiyadır. “Kamança”nı pyes deyil, həyat tərzi kimi qiymətləndirən K.Abdulla bu əsərin azərbaycanlının ən ağır məqamlarda belə dünyaya baxışının göstəricisi və simvolu olduğunu deyib. Rektor K.Abdulla qeyd edib ki, keçən əsrlərdə ölkənin müxtəlif regionlarında baş verən qətliamlar, qırğınlar, müsəlmanların qətlə yetirilməsi hadisələri daxili üsyanın əmələ gəlməsi üçün böyük səbəb olmasına baxmayaraq, Qəhrəman yüzbaşının ermənini öldürməməsi, azad buraxması azərbaycanlı xislətinin, dünyaya baxışının ən gözəl nümunəsidir. Mircə Cəlilin cavabının Azərbaycan xalqının cavabı olduğunu deyən rektor “Kamança”nı dünya dramaturgiyası səviyyəsində olan inci, kiçik qönçə adlandırıb. Tələbələrin əsərdəki ideyaları məharətlə çatdırdıqlarını deyən rektor bu pyesin digər dillərdə, digər məkanlarda səhnələşdirilməsinin vacibliyini bildirib. O, deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi və ideoloji fəaliyyətinin əsas qayəsi işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsidir. Azərbaycan xalqının haqq səsinin artıq eşidildiyini deyən rektor K.Abdulla bu haqq səsinin əks-sədasının Cəlil Məmmədquluzadənin əsərlərindən, Mirzə Ələkbər Sabirin şeirlərindən, Üzeyir Hacıbəyovun pyeslərindən, digər görkəmli şəxsiyyətlərin yaradıcılığından gəldiyini sözlərinə əlavə edib. Azərbaycan ədəbiyyatının zəngin olduğunu deyən rektor K.Abdulla tələbələrə oxumağı, əcdadlardan öyrənməyi tövsiyə edib. Xalqın multikultural dəyərlərə sahib olmağı, bu cür davranmağı miras kimi öz əcdadlarından aldığını deyən rektor K.Abdulla “Kamança” pyesinin bu gün də son dərəcə aktual olduğunu, insanlara çox şey öyrətdiyini deyib.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilibADU-da “Kamança” pyesi səhnələşdirilib

Oxşar xəbərlər