Azərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olub

Azərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olub Azərbaycan Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş və Xocalı soyqırımına həsr olunmuş “Kağız qəbir” filminin nümayişi olub. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyət, tələbələr, AYB-nin mətbuat katibi, şair Xəyal Rza, İLESAM rəhbəri Mehmet Nuri Parmaksız və filmin yaradıcı heyəti iştirak edib.
Filmin nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qeyd edib ki, 26 il bundan əvvəl Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə qarşı epizodları insanı dəhşətə gətirən qəddarlıqla divan tutmuşlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət” təbliğat - təşviqat kampaniyası çərçivəsində görülmüş məqsədyönlü və genişmiqyaslı işlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində faciə ilə bağlı müvafiq qərarlar qəbul edilib. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması və beynəlxalq səviyyədə anılmasını təmin etmək məqsədiylə xeyli iş görüb və görür. Amma belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almayıb, heç kəs bu soyqırımı aktı ilə bağlı beynəlxalq məhkəmə qarşısında cavab verməyib.
Rektor bildirib ki, beynəlxalq ictimaiyyətin Xocalıda baş verənləri bəşəri cinayət kimi qəbul etməsi üçün bədii sözün də böyük əhəmiyyəti var. Bu baxımdan “Kağız qəbir” filmi bu istiqamətdə özünəməxsus yer tutur.
AYB-nin Mətbuat katibi Xəyal Rza qeyd edib ki, janr olaraq Azərbaycanda ilk olan film hadisə zamanı girov götürülən və taleyi bu günədək məlum olmayan 150 nəfər haqqındadır. Tamaşaçı soyqırımı gecəsi baş verən dəhşəti və onların taleyini sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan baş qəhrəmanın əlindəki kameranın obyektivindən izləyəcək.
İLESAM rəhbəri Mehmet Nuri Parmaksız bildirib ki, film “kar və kor” dünyaya bir çağrıdır. Məqsəd ermənilərin 100 ildir davam edən soyqırımı yalanını ifşa etmək və əsl soyqırımının 26 il əvvəl dünyanın gözü önündə Xocalı şəhərində törədildiyini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Filmin nümayişindən əvvəl Azərbaycan Universiteti ilə İLESAM arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər elm və bədii əsərlərin tərcüməsi və çap olunması, konfrans və simpoziumların təşkili, alim və yazıçıların imza günləri və kitab təqdimat günləri keçirilməsi və başqa bu kimi qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq edəcək.
Ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rollarını Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olubAzərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olubAzərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olubAzərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olubAzərbaycan Universitetində “Kağız qəbir” filminin nümayişi olub

Oxşar xəbərlər