"IV Türk Filmləri Həftəsi”nin açılışı olacaq

23 Noyabr 2018-ci il saat 19.00-da Nizami Kino Mərkəzində 23-27 Noyabr tarixləri arasında Türkiyə Mədəniyyət nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Bakıda baş tutacaq "IV Türk Filmləri Həftəsi”nin açılış mərasimi olacaq.
Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə böyük millət məclisinin üzvləri, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyədən gəlmiş sənət adamları, Azərbaycanın millət vəkilləri, dövlət xadimləri ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edəcək.
Açılış mərasimindən sonra “Güllər” filminin premyerası olacaq.
Qeyd edək ki, həyata keçirilən layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsiylə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
Tədbiri işıqlandırmaq üçün əməkdaşınızı göndərməyinizi xahiş edirik.

Tehsil-press.az

Oxşar xəbərlər