Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə keçirilib.
Hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə Füzuli Əliyev ifadə verib.
O deyib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərin hamısı həqiqətən də cinayətkardırlar: “Acından ölən, hamıya borcu olanları sahibkar kimi təqdim eləyiblər. Onlar ya dövlət büdcəsini talamaqla məşğul olublar, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətiriblər. Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Zərərçəkmiş kimi tanınanların əksəriyyəti məhkum olunub, bir hissəsi indi də həbsdədir. Bizdən sonra həbs olunanlar da var. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq.
2014-cü ildə bizə tapşırıq verildi ki, ölkədə “obnaliçka”nın (büdcə vəsaitlərinin formal şirkətlər vasitəsilə nəğdləşdirilib ələ keçirilməsi) qarşısı alınsın. Bu prosesin arxasında da böyük qüvvələr dayanırdı. Bir tərəfdə qüdrətli dövlət təşkilatları, o biri tərəfdə qüdrətli sahibkarlar. Zəif həlqə ortadakı vasitəçi maklerlər idi.
Gəmi təmiri ilə məşğul olan “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənov “əməkdar zərərçəkmiş”dir. O, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.
Digər zərərçəkən Rauf Həsənov ifadəsində deyib ki, bizə əməliyyat tapşırığı verilib və biz adamı tutub gətirib müstəntiqə təhvil vermişik. Zorla bu epizodu da bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı”.
İttihama görə, R.Həsənovdan MTN-də 300 min manat alınıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb. General bu hökmdən apellyasiya şikayəti verməyib.
Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar.
Anar Şirəliyev və Eşqin Əliyev apellyasiya məhkəməsi gedişatında cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.

Murad Əhməd